16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Pauza.

Xanəndə. Anam...

Z i y a d x a n. Təkcə elə anan?

Xanəndə. Bir də... bir də... bacım...

Z i y a d x a n. Təkcə elə ananla bacın?

Xanəndə. Bəli...

Z i y a d x a n (əsəbi). Düz demirsən, küçük! Sənin o dağlarda ürəyin qalıb! Gözlərindən

oxuyuram...

Get!

Pauza.

Özünü tamam itirmiş Xanəndə eləcə ayaq üstə dayanıb.

Eşitmədin? Get, dedim!

Xanəndə (təzim edir). Gecəniz xeyirə qalsın.

Z i y a d x a n. Hara gedirsən?

Xanəndə. Yatmağa...

Z i y a d x a n. Yox, yatmağa yox, birbaşa öz dağlarınıza get. Bu gecədən azadsan.

(Qulamlara) Bu oğlanı öz evinə yola salın.

D a n ı ş a n. Bu o deyən söz idi ki, gözəl səsinə görə Qarabağ dağlarından qoparılıb saraya

gətirilmiş bu cavan oğlana, yaxşı bir at verəcəkdilər, üç il bundan əvvəl Gəncədə kəsilmiş qızıl təngə

ilə doldurulmuş bir kisə verəcəkdilər, anası üçün, bacısı üçün bir-iki top ipək, qumaş verəcəkdilər.

Və həmin at, gecə-gündüz çapıb, Bərdədən keçib, belində yox, göyün yeddinci qatında uçan yeni

sahibini Qarabağ dağlarına qaldıracaqdı.

Xanəndə bir-neçə qulamla səhnədən çıxır. Musiqiçilər çalmağa başlayır.

Sazəndələr indicə şahidi olduqları bu yaxşılıqdan, haqq işindən cuşa gəlib, həmin bürkülü yay gecəsi, Ziyad

xanın yataq otağında dünyanın ən həzin, ən təsirli musiqisini çalmağa başladılar və sonralar musiqiçilərin

dediyinə görə, onlar heç vaxt, nə bu gecəyə qədər, nə də sonralar, bu cür ürəkdən çalmamışdılar.

İ ş ı q s ö n ü r.

İKİNCİ ŞƏKİL

M a h m u d, M i r z ə S a l m a n, Q ə m ə r b a n u, S o f i.

Gəncə. Elə həmin gecədir.

Mahmudun otağı. Şam yanır, uzaqdan Ziyad xanın otağından gələn musiqinin səsi eşidilir. Mahmud musiqini

dinləyir. Mirzə Salman onun yanında oturub.

M a h m u d. Insanları başa düşmək çox çətindir... Bu cür qəmgin səsdən necə həzz almaq

olar, necə nəşələnmək olar?..

M i r z ə S a l m a n. Mahmud, məgər o xanəndənin səsi sənin xoşuna gəlmir?

M a h m u d. Gözəl səsi var, müəllim...

M i r z ə S a l m a n. Bəs nə üçün dünən də o oxuyanda zalı tərk etdin?

M a h m u d. Çünki, o səs bir söz deyirdi, amma siz...

M i r z ə S a l m a n. «Siz» – yəni mən, yoxsa bütün məclis əhli?

M a h m u d. Bütün məclis əhli... (Susur.)

307

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!