16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

K i ş i. Nə?

P a r t i y a l i d e r i. Hə də!.. Səhərdən demirsən ki, keçi belə gəldi, eşşək belə getdi? Bunlar

aqrar siyasətdi də! Dövlətin Aqrar Siyasət naziri! Qoy qəzetlər başlasınlar adımı hallandırmağa!..

Heyvandar biznesmenlərdən tutmuş, balıqsatanlaracan, – balıq da, kürü də aqrar sektordu də! – Hə,

balıqsatanlaracan o saat partiyanın hesabına pul keçirəcəklər, fikirləşəcəklər ki, birdən sabah elə belə

də olar!.. Sənə deyim ki, bunu dahiyanə fikirləşmişəm!.. Qoy o biri partiyalardakı rəqiblərimin

paxıllıqdan ürəyi partlasın!

Pauza.

K i ş i. Yox, mən bunu eləyə bilmərəm!

P a r t i y a l i d e r i (təəccüblə). Niyə? Bu sənin əlində su içmək kimi asan bir şeydi ki!..

K i ş i (öz-özünə). Sakit ol... Əsəbiləşmə... Hər şey düzələcək... Darıxma...

P a r t i y a l i d e r i. Nə deyirsən? Eşitmirəm.

K i ş i (birdən özünü saxlaya bilməyib bağırır). Yox!.. Yox!..

P a r t i y a l i d e r i (bağırtıya bağırtı ilə cavab verir). Onda mən heç səni tanımıram! Haram

olsun sənə, bir yerdə oxuduğumuz o müqəddəs məktəb dərslikləri! Getmirəm sizə! Get, denən,

arvad düşsün aşağı! (Birdən-birə yumşalır.) Bura bax, bəlkə eləyəsən? Hə? Mənim xətrimə!..

K i ş i (qışqırır). Vallah mən dəli oluram!..

İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL

Kişinin evi. A r v a d, X a n ı m, Q ı z, D o s t, K i ş i.

A r v a d. Bax, lüstür bu gündə!.. Vallah, ev dağılır, heç bilmirəm bunun təmiri necə olacaq?

Su gəlmir!.. Unitazın qapağı sınıb!.. Qaz kalonkası istəyəndə yanır, istəməyəndə yanmır!.. Heç

bilmirəm başıma haranın daşını salım?

X a n ı m. Niyə bilmirsən? Bizim partiyanın!

A r v a d. Nə? Sizin partiyanın daşını?

X a n ı m. Yox e, deyirəm ki, gəl bizim partiyanın üzvü ol!

A r v a d. Onda unitazın qapağı düzələcək?

X a n ı m (kənara). Ah, belə dar düşüncəli insanlarla birlikdə necə siyasi mübarizə aparasan?..

Bu millətin axırı nə olacaq, Ilahi?

Q ı z (səhnəyə daxil olur). Suziklə telefonla danışdım!

X a n ı m. Hə? Nə oldu?

Q ı z. Suzik soruşur ki...

X a n ı m. Nə soruşur?

Q ı z. Suzik soruşur ki... sizin partiyada ticarət üzrə katib yeri yoxdu?

Ya da gömrük üzrə?

Pauza.

Pauza.

D o s t (səhnəyə daxil olur). Qapını açıq qoymusuz... Dost belə olar!.. Dost qapısı həmişə dost

üzünə açıq gərək! Mərhaba!.. Mərhaba!.. (Qəfildən Xanımı görərək yerində donur.)

A r v a d (kənara). Yenə gəlib bəxtəvər eləyib bizi... (Dosta) Xoş gəlmisiz!.. Əyləşin... Mən də

bu saat çay dəmləyib gətirirəm.

264

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!