16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

E y n ş t e y n. Kampyüter cavab verdi ki, ili, ili!

Ə s ə d u l l a. Bu nə deməkdi, alə?

Eynşteyn yenə də ehtiyatla o tərəf-bu tərəfə baxa-baxa

Əsədullanın qulağına nəsə pıçıldayır.

Ə s ə d u l l a. O-o-o!.. (Sonra Firəngiz xanımın qulağına nəsə pıçıldayır.)

F i r ə n g i z x a n ı m. A-a-a!..

Ə s ə d u l l a (barmağını dodaqlarına aparıb gözlərini Firəngiz xanıma bərəldir). S-s-s!..

(Mat-mat Eynşteynə baxır və bu dəfə də cibindən pul çıxarıb Eynşteynin cibinə basır. Kövrəlmiş

halda) Vallah, bu yaxşı oğlandı! Başı da var! (Birdən özünə gəlib kənara) Amerikada külqabıdı!..

E y n ş t e y n (əli ilə cibindəki pulu yoxlayıb utana-utana əzilir). Bu nə xəcalətdi, Əsədulla

məllim...

Ə s ə d u l l a. Yaxşı! yaxşı! (Otaqda var-gəl edə-edə bərkdən) Aha! Deməli, belə!.. Ili on, ili

on?.. Tak! Tak! Tak! Ili, ili! (Birdən ayaq saxlayır.) Indikinin adını çəkmədi?

E y n ş t e y n. Xeyr.

Ə s ə d u l l a (var-gəl edə-edə). Tak! Tak! Tak! Ili on! Ili on! (Yenə ayaq saxlayır.) Alə, adun

nədi sənün, şey, bəs... (Eynşteynin qulağına nəsə pıçıldayır.) Adını soruşmadun kam...

kampyüterdən?

Eynşteyn. Soruşdum.

Ə s ə d u l l a. Nə dedi?

Eynşteyn. Yandı.

Ə s ə d u l l a. Nə?

Eynşteyn.Onun adını soruşan kimi, kampyüter yandı!..

F i r ə n g i z x a n ı m. Vay... yazıq iranlı!..

Ə s ə d u l l a (otaqda var-gəl edir). Znaçit, ili, ili! Ili, ili! Tak! Tak! O biri – pojar! Bəlkə heç

bunnar olmayacaq? Görmürsən o kam... kampyüter rusca danışır?.. Amma indikindən mənim də

gözüm çoxdan su içmir, bunnan bir şey çıxmayacaq! Ili, ili! Druqoy pojar!.. Bəlkə Kişi təzədən

qayıdacaq iş başına, hə?! Qayıdan kimi əlüstü satdıq onu, vallah, qayıtsa, vay halımıza! Dərimizə

saman təpsə də azdı! Znaçit ili, ili! Bəlkə ruslar təzədən gəlib alaçaqlar buranı? Hə? Bəs onda?!

Yox, vallah, billah, baş açmaq mümkün döyül! Mümkün döyül! (Qışqırır.) Fransa! Fransa! Fransa!

Pauza.

(Eynşteynə) Sən öləsən, o Əhməd bəylə dost olub, götürüb bizə gəlməsən, bax bu Bəbirzadəni qəbrə

qoyasan, öldürəcəm səni! Boğacam!

İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL

Polyaniçkoların evi. Ivan Ivanoviç,

Vera Nikolayevna.

Ivan Ivanoviç qaz plitəsində kartof qızardır. Ivan Ivanoviç tez-tez pəncərədən həyətə boylanır.

Ivan Ivanoviç. Neyləyək biz? Qızımız yox ki, verək ona!.. Görmüsən onu?

Vera Nikolayevna. Hə. Dünən həyətdə gördüm...

Ivan Ivanoviç.Görürsən də necə yaraşıqlı oğlandı? Aristokrat! Elə bil Stanislavskinin

cavanlığıdı!

130

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!