16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə d i l ə (plaşının boynunu qaldırır). Mən həmişə bu cür çiskinli yaz axşamının həsrətində

olmuşam. Bax, sizinlə bu cür, ikilikdə, bu cür çiskinli yaz axşamında boş küçələrlə addımlamağın

həsrətində olmuşam... Həmişə bu cür havada pəncərənin qabağında durub küçəyə tamaşa edərkən

mənə elə gəlib ki, bu sakinlər də, bu daş küçə də həsrətdədirlər... Mənə elə gəlib ki, onlar addım

həsrəti çəkir... Biz qoymayacağıq ki, bu gün onlar həsrət çəksinlər... Biz səhərə kimi gəzəcəyik, elə

deyilmi?

K i ş i. Biz söhbət edəcəyik.

Ə d i l ə (addımlaya-addımlaya). Biz söhbət edəcəyik və səhərə kimi gəzəcəyik. Bizi heç kim

gözləmir. Biz heç kimə lazım deyilik. Bizə də heç kim lazım deyil. Bax, beləcə qayğısız, azad, elə

hey gəzişəcəyik, səhərə kimi gəzişəcəyik. Unudacağıq ki, bu gəzinti müvəqqətidir. Unudacağıq ki,

hər şey müvəqqətidir. Unudacağıq ki, bizim bu gəzintimiz kiminçünsə gülməli görünür, kiminçünsə

bu, mənasız bir şeydir...

K i ş i. Nə üçün bu gəzinti kiminçünsə gülməli görünməlidir?

Ə d i l ə. Nə üçün? (Ayaq saxlayır.) Nə üçün... Bilmirəm... Mən bu hissi həmişə keçirirəm,

bilirsinizmi, həmişə... Necə deyim?.. (Kiçik pauzadan sonra.) Yadınıza gəlirmi, iyun ayında

televizorla futbol verilişləri verirdilər. Meksikadakı Dünya birinciliyindən. Futbolçular oynayırdılar,

onların oyununu lentə çəkirdilər, səhəri gün televizorla göstərirdilər. Camaat futbola görə toyunu

təxirə salırdı ki, adam gəlməz. Şəhərdə kişi gözə dəymirdi, elə bil müharibə vaxtıdır. Hamı

televizora baxırdı. Futbol vaxtı artistlərin də qanı qaralırdı – teatr boş olacaqdı. Hamımız oturub

televizora baxırdıq. Futbolçular hücum edirdilər, qapıya top vururdular, həsrətlə, həyəcanla topun

ardınca baxırdılar. Amma biz həyəcanlanmırdıq, çünki bilirdik ki, top qapıdan keçməyəcək. Çünki

hesabı əvvəlcədən bilirdik. Bilirdik ki, neçənci dəqiqədə hansı qapıya top vurulacaq, neçə top

vurulacaq, topları kim vuracaq. Bütün bunları dünəndən bilirdik, qəzetdə oxumuşduq, radio ilə

eşitmişdik. Biz lentə baxırdıq. Oyunçular isə oynayırdılar və heç nədən xəbərləri yox idi. Qapıya top

vurub bir-birlərini qucaqlayırdılar, sevinirdilər, diz üstə çöküb xaç çevirirdilər, amma biz bilirdik ki,

bu sevinc çox ömürsüzdür, bir azdan onlar uduzacaqlar. Biz onların taleyindən xəbərdar idik,

bilirdik ki, onları nə gözləyir. Bilirdik ki, bu sevinc mənasızdır. Bilirdik ki, o biri komandanın da

həyəcanlanması, iztirab çəkməsi yersizdir, çünki bir azdan onlar oyunu udacaqlar. Onlar isə heç nə

bilmirdi, onların heç nədən xəbəri yox idi... Bax, mən həmişə bunu hiss edirəm. Mən bunu daima,

daima hiss edirəm, həmişə mənə elə gəlir ki, bizim bütün sevinclərimiz, bizim bütün kədərlərimiz

kiminçünsə çox cılız görünür. Kiminçünsə bütün bunlar mənasız bir əyləncə təsiri bağışlayır.

Günlərin bir günü öləcəyik və bu kədərlərdən, bu sevinclərdən əsər-əlamət qalmayacaq. On il

yaşayacağıq, iyirmi il yaşayacağıq, otuz il, qırx il, yüz il; sonra isə, fərq etməz, həmin sevinc də,

həmin kədər də çıxıb gedəcək işinin dalınca... Indi isə hər şeyi unudaq... hər şeyi unudaq, dolaşaq bu

boş küçələri, gəzək sabaha kimi.

Kiçik pauza.

Onlar asta addımlarla gəzişirlər.

Kişi(əvvəlcə sıxıla-sıxıla danışır, sonra isə tamam açılır). Siz nə üçün bu on ilə, bu iyirmi ilə,

bu qırx ilə bir əbədiyyət kimi baxmırsınız?

Ə d i l ə. Əbədiyyət? Bu söz məni lap əsəbiləşdirir... (Gülür.)

K i ş i. Qədim bir Şərq əfsanəsi var: bax, bu min verstlərlə hündürlükdə, zirvəsi görünməyən

almaz dağdır. Hər min ildə bir dəfə, kiçik bir quşcuğaz bu dağa qonur və dimdiyi ilə döyəcləyədöyəcləyə

bu dağı yonur. Sonra yenə uçub gedir. Uçub gedir ki, min ildən sonra bir də gəlsin. Gəlsin

yenə də kiçicik dimdiyi ilə döyəcləyə-döyəcləyə almaz dağı yonsun. Quşcuğaz bu almaz dağı

tamamilə yonub qurtardıqdan sonra, əbədiyyətin yalnız ilk anı keçəcək...

112

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!