16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Redaksiya işçilərindən kimi öz yerində oturub, kimi yazı masasının yanında dayanıb – bu, baxır quruluşçu

rejissorun verəcəyi mizana. Professor dərin fəlsəfi fikirlərə dalaraq başını aşağı salıb və otağın ortasında dayanıb.

Şəfqət bacısı onun yanındadı və Professorun bu cürə dəruni fikrə getməsi bu qadını təlaşa salıb.

P a n t e l e y m o n P o l i k a r p o v i ç (Şəfqət bacısına). Şarabanu!

Ş ə f q ə t b a c ı s ı. Paşol!

P a n t e l e y m o n P o l i k a r p o v i ç (öz-özünə, pərt). Vot sterva! Mənin arvadı olanda da

toçno bela idi! Ne izmenilas! Nastoyaşaya vedma bıla! Yuz şestdesyat il keçdi, no ona ne izmenilas,

kopak kızı olsun!..

Ş ö b ə m ü d i r i (pəncərəyə tərəf boylana-boylana yavaşdan). Tır? Pır-pır! Aydındır! Mən

sizi başa düşdüm. Sabah Merkuridə görüşürük! Vladimir Iliç də olacaq?.. Çox gözəl!.. Pır-pır!.. Pırpır!..

S i y a s i i c m a l ç ı (Professora baxır və gülümsəyərək yavaşdan). Ay axmaqlar!.. Bu cür

adamlara da ordenlər verirlər... Mən heç onlara bunu da vermərəm! (Sağ əlinin baş barmağını o biri

barmaqlarının arasından çıxarıb Professorgilə tərəf göstərir.) Bu qədər təcrübəniz var, yenə

rolunuzu öyrənə bilmirsiz! Çünki köhnə ssenaridi! Belə şeylərlə məni aldatmaq olmaz! Elə bilirlər

ki, mən əsl Musa peyğəmbəri tanımıram! Ay-hay!.. Yox, mənim sayıqlığımı azdıra bilməzsiz! Mən

daha öz yolumdan dönməyəcəyəm! Mən həqiqəti bəşəriyyətə bildirib onu xilas edəcəyəm!

Ə d ə b i i ş ç i (kağızları əvvəlki tək sinəsinə sıxa-sıxa ayağa qalxıb Professora). Yox! Siz

Musa peyğəmbər deyilsiz! Mən buna inanmıram! Heç Simuzər də buna inanmaz!

Ş ə f q ə t b a c ı s ı. Inanmaz?

Ə d ə b i i ş ç i. Bəli, inanmaz!

P r o f e s s o r (həmin dərini pərişanlıqla Şəfqət bacısına). Gördünüz ki?..

Pauza.

Yox, bu sirri açmaq lazım deyildi... (Kədərlə başını aşağı salır.) Gedək...

Ş ə f q ə t b a c ı s ı. Bir dəqiqə, Professor!.. (Ikrah hissilə redaksiya işçilərinə.) Məzlum,

miskin, kor zavallılar!.. Sizin küt beyninizə sığışmır ki, kiminlə bir zəmanədə yaşayırsınız! Sizinlə

adi qoyunun nə fərqi? (Hirsindən qoyun kimi mələyir.) Mə-ə-ə!.. Mə-ə-ə!.. Açın kor gözlərinizi!

(Professoru göstərir.) Işığa açın! Aydınlığa açın! Günəşi görün! Görün, dərk edin kimin

hüzurundasız! Onda yaşamaq da sizinçün asan olar, ey yazıq bəndələr! Ey yazıq insanlar!

P a n t e l e y m o n P o l i k a r p o v i ç (heyranlıqla yavaşdan). No stala qramotnoy!.. Niçeqo

ne skajeş!.. Vot kopak kızı olsun!..

Ş ə f q ə t b a c ı s ı. Mə-ə-ə!.. Mə-ə-ə!..

Məsul katib. Düzələcək! Hər şey düzələcək, çətini ölənəcəndi!.. Sonra hər şey düzələcək!..

P a n t e l e y m o n P o l i k a r p o v i ç (qışqırır). Şarabanu!

Supruqa moya nezabvennaya! Qara xal da yest tuman altda! Vot zdes! (Yanını göstərir.)

Ş ə f q ə t b a c ı s ı. Xuliqan!

Əvvəlcə Baş redaktor, sonra da Katibə sürətlə səhnəyə daxil olurlar.

B a ş r e d a k t o r (əsəbi). Nə olub yenə? Mən sizə xəbardarlıq etmişdim! Mən daha heç nəyə

dözməyəcəyəm! Bu cürə işləmək olmaz! Qurtardı! Hanı o təzədən zühur eləyən Musa peyğəmbər?

Mən indi...

Baş redaktor Professoru, Şəfqət bacısını görür və sözü ağzında yarımçıq qalır. Professor və Şəfqət bacısı

gözlərinə inanmayaraq Baş redaktora baxırlar.

Gərgin pauza.

246

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!