16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

P r o f e s s o r. Namaz qıl, dua elə, başın da xarab olmasın! Bax, mənim kimi! Yoxsa indi mən

dəlixanada padşahlıq edirdim!

K i ş i. Deyirsiz dua eləyim də?

P r o f e s s o r. Əl-əlbət! Əl-əlbət! Dua elə və yaxşılıq elə! O yaxşılığın birini də mənə elə!

K i ş i. Nə yaxşılıq, Professor?

P r o f e s s o r. Allah qoysa, müqəddəs yerləri ziyarətə getmək istəyirəm. Ancaq, əzizim, ey

mənim sevimli keçmiş tələbəm, tək mənim istəyim, əlbəttə, bir qoz!.. Kimdi indi professor istəyinə

məhəl qoyan? Indi bazar iqtisadiyyatıdı! (Baş barmağını barmağına sürtür, yəni ki, indi pul

lazımdı.) Bizim də ki, cibişdanımızda siçan oynayır!..

K i ş i. Bəs mən nə etməliyəm?

P r o f e s s o r. «Ülviyyət» Beynəlxalq Xeyriyyə Cəmiyyəti var, bilirsən?

K i ş i. Bilirəm...

P r o f e s s o r. Bilirəm, bilirsən... Elə ona görə də sənin yanına gəlmişəm. Imkanlı

cəmiyyətdi, ancaq zalım uşağı, ya gərək rüşvət alıb bir iş düzəltsinlər, ya gərək adamın olsun, ya da

gərək mətbuat yazıb onları reklam eləsin ki, bunlar ülvi hisslərlə millət naminə müqəddəs işlər

görürlər. Düzdü, möhtərəm Ekstrasens Falçı Ağabacı söz verib ki, məni onlara tapşıracaq, amma hər

dəfə qoroskopa baxır, deyir ki, hələ vaxtı çatmayıb...

K i ş i. Kim qoroskopa baxır?

P r o f e s s o r. Falçı Ağabacı!

K i ş i. O kimdi elə?

P r o f e s s o r. Falçı Ağabacı?

K i ş i. Hə.

P r o f e s s o r. Tanımırsan?

K i ş i. Yox.

P r o f e s s o r. Ola bilməz!

K i ş i. Vallah tanımıram...

P r o f e s s o r. Ömründə ola bilməz!

Pauza.

Pauza.

O ğ u l. Vot tebe raz!..

K i ş i. Professor...

P r o f e s s o r (ruh yüksəkliyi ilə). Möhtərəm Falçı Ağabacı çox böyük adamdı! Çox! Çox e,

çox!.. «Ülviyyət»di, o birisidi, bu birisidi, onun əlində tum cırtdamaq kimi bir şeydi! Intəhası mənim

bəxtim belədi... Qoroskop möhtərəm Falçı Ağabacıya imkan vermir!.. Indi istəyirəm ki, sən

«Ülviyyət»lə danışıb o gözəl qələmini salasan işə!.. Guya ki, xeyriyyəçidilər, millət yolunda cəfa

çəkirlər-filan!.. Sonra da xahiş edəsən ki, mənə maddi yardım eləsinlər, Allah izn versə, gedib o

müqəddəs yerləri ziyarət edim... Ancaq əsas məsələ odu ki, adama on kilo da qoyun əti verirlər...

K i ş i. Qoyun əti?

P r o f e s s o r. Bəli! (Udqunur.) Belə, yaxşı, yağlı qoyun əti! On kilo! (Sinə dolusu iyləyir.)

Təptəzə ət!..

K i ş i. Yaxşı, onda qoy əvvəlcə bir neçə gün dua eləyim, sonra sizin xahişlə məşğul olaram!

Arvad çay gətirir.

P r o f e s s o r. Yox, xələfim, yox!.. Sən əvvəlcə mənim on kilo (udqunur) qoyun ətimin

məsələsini həll elə, sonra, Allah qoysa, dua eləyərsən!

A r v a d. Buyurun, əyləşin...

260

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!