16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İKİNCİ HİSSƏ

ON YEDDİNCİ ŞƏKİL

K e ş i ş, M ə r y ə m.

Gecə. Meşə.

Keşiş və Məryəm bir qoca ağacın altında şala bürünüb oturublar.

M ə r y ə m (pıçıltı ilə öz-özünə). Atam yata bilmir... Ey müsəlman Allahı! Ey Məhəmməd

peyğəmbər... əgər varsınızsa... əgər siz haqsınızsa, mənə kömək edin!.. Mən xaçpərəstəm, amma

mən də axı, insanam və mən hər hansı bir xaçpərəst kimi, hər hansı bir müsəlmanın da burnunun

qanamasını istəmirəm. Əgər Sən istəmirdin ki, Mahmudla biz bir yerdə olaq, onda niyə bəs

Mahmudun ürəyində mənim üçün yer ayırdın?.. Ey Isa! Ey Müqəddəs Ana! Ey Allah! Axı, siz hər

şeyi bilirsiniz, siz hər şeyi görürsünüz, axı, siz qadirsiniz! Bəs nə üçün siz mənim ürəyimi

Mahmudun məhəbbəti ilə alışdırmısınız? Nə üçün mənim bütün fikrim-zikrim Mahmudun

yanındadı? Nə üçün mən yatanda da, duranda da Mahmudu istəyirəm, Mahmudu arzulayıram? Nə

üçün mənim bütün bədənim, bütün vücudum, bütün varlığım Mahmudun həsrətindədi? Əgər siz

bilirdinizsə, Mahmud mənim olmayacaq, bu istək, bu məhəbbət bu qədər təhqirlərə dözəcək, bu

qədər işgəncə görəcək, mənim atama bu qədər iztirablar gətirəcək, onda nə üçün bəndənizin ürəyini

bu məhəbbətə düçar edirdiniz?

K e ş i ş (pıçıltı ilə öz-özünə). Hərgah Məryəmin ürəyində Allahın, Isanın, Müqəddəs Ananın

varlığına və qüdrətinə belə bir şübhə yaranıbsa, bəlkə elə bu, Məryəmin, dünyanın pis üzündən

xəbərsiz qızcığazın özünün günahlarının nəticəsidi? Bəlkə bu müsəlman hümmətinə məhəbbət

yetirməyin sayəsindədi? Bəlkə bu bir tilsimdir, bir bəd sehirdi?

M ə r y ə m (pıçıltı ilə öz-özünə). Mahmuddu sehrbaz? Mahmuddu məni yoldan çıxaran?

Mahmuddu mənim ürəyimdə şəkk yaradan? Yox, yox... Siz bilmirsiz... Axı, siz bilmirsiz, Mahmud

müqəddəslərin müqəddəsidir... Mahmud təmizlərin təmizidir...

K e ş i ş. Qızcığaz yata bilmir... Gözümün qabağında saralıb solur... Sabah daha da solacaq,

əriyib gedəcək şam kimi... Yəni beləcə gözgörəti əlimdən gedəcək uşaq? Qurtarmayacaq bütün

bunlar? Mənim nəslim-nəcabətim, mənim atalarım, babalarım az çəkiblər bu dinsiz müsəlmanların

əlindən? Bu cansız qızın, mənim bu təmiz, pak balamın əzab-əziyyətləri sona yetəcək?.. Yox, Az

qalıb!... Müqəddəs Evə az qalıb... Müqəddəs Evin qapıları mənim üzümə açılacaq! Müqəddəs qoca

kömək əlini mənə uzadacaq! (Dərindən köks ötürür.) Məryəm... Məryəm...

M ə r y ə m (pıçıltı ilə öz-özünə). Dağlar dağımdı mənim, ata, qəm oylağımdı mənim,

dindirmə, ata, ağlaram, qan ağlaram, yaman çağımdı mənim...

K e ş i ş (pıçıltı ilə öz-özünə). Dözmək lazımdır, bütün bunlara Məryəmə görə dözmək

lazımdır... Çünki Məryəm təkcə mənim deyil, onun təmizliyi bütün Allah adamlarının, müqəddəs

xaçı sevənlərindir. Məryəm bir xaçpərəst bəndəni xoşbəxt etməlidir... Məryəm xaçpərəst anası

olmalıdır, vəhşi müsəlman anası yox! Yox! Məryəm dünyanın ən təmiz xaçpərəst balalarını

doğmalıdır...

Q a d ı n s ə s i. Düz eləyirsən, həyatım, düz eləyirsən... Tərəddüd keçirmə, qov ürəyindən

bütün tərəddüdləri, məgər mən görmürəm Məryəm necə əzablar çəkir?.. Mən görmürəm bizim

balamız necə bir iztirab içindədir?.. Dinsiz hiyləsi Məryəmin ürəyini oğurlayıb, dinsiz fitnə-fəsadı

bizim balamızı tilsimə salıb... Bu tilsimdə Zöhhak hərisliyi var... Sən o ürəyi yenidən Məryəmə

qaytarmalısan. Belə bir təmizliyi dinsiz nəfsi ilə murdarlamaq olmaz! Yaxşı olacaq, hər şey yaxşı

olacaq! Sən məndən sonra neçə ildi öz bədəninə zünnar bağlayırsan! Murdar bir nəfs sahibi Məryəm

kimi təmizliyi sənin əlindən ala bilməz! Nəfs haqqa qalib gələ bilməz! Hər şey yaxşı olacaq,

həyatım... Müqəddəs Ev, sənin köməyinə çatacaq... Sən Isanın qarşısında təmiz olmusan, Allah

səndən köməyini əsirgəməyəcək... Allah, hər şeyi görür və Allah adildir...

322

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!