16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Yaxşı, mən getdim.

X ə l i l. Çörək yemisən heç olmasa?

Ə d i l ə (yəqin ki, yalandan). Yemişəm, əlbəttə. Sən də bir şey düzəlt özünə, otur yaxşıca ye,

sonra get işinə.

X ə l i l. Əvvəlcə səni ötürəcəyəm.

Ə d i l ə. Yox, Xəliluşka, sən otur çörəyini ye.

X ə l i l. Qoy ötürüm səni, canım-ciyərim.

Ə d i l ə (əsəbi, özünü saxlaya bilmir). Axı, dedim ki, bezikmişəm bu eynilikdən. Axı, səni hər

gün nə qədər görmək olar? (Kiçik pauzadan sonra özünü ələ alaraq) Incimə e-e. (Gedib Xəlilin

üzündən öpür.) Kəm-kəm buxur, həmişə buxur. (Gedir.)

Pauza.

Xəlil gedib radionu söndürür. Qarı isə elə hey toxuyur.

İKİNCİ ŞƏKİL

Poçt şöbəsi. Günorta. Qızğın iş gedir: işçilərdən kimi sifariş qəbul edir, kimi işıqpulu alır, kimi abunə yazır,

kimi möhür vurur, kimi sayğacda hesablayır və s.

Işçilər sıra ilə elə oturublar ki, səhnədə həm onlar görünür, həm də poçt şöbəsinə girib-çıxan adamlar.

Ə d i l ə üstündə «Dovostrebovaniya» yazılmış şüşənin arxasında oturub. «Dovostrebovaniya» sözlərinin

yuxarısında pəncərənin nömrəsi yazılıb: ¹3.

Ədilənin pəncərəsi qarşısında heç kim yoxdur. O, balaca bir kağız parçasını bürmələyərək mürəkkəbə batırır

və pəncərədəki «3»ün qarşısına «1» əlavə edir; olur ¹ 13.

Işçilər arasında var-gəl edən Yoldaş Tək Ədiləyə yaxınlaşır. Dayanıb pəncərənin üstündəki 13-ə baxır.

Y o l d a ş T ə k. Axı, belə olmaz, yoldaş Ədilə. Axı, adama neçə dəfə deyərlər?

Ə d i l ə. Nə olub, Yoldaş Tək?

Y o l d a ş T ə k (barmağı ilə 13-ü göstərir). Yenə bu nədir belə?

Ə d i l ə. On üç.

Y o l d a ş T ə k. Görürəm. Soruşuram ki, bu nə biabırçılıqdır yenə? Mənim bütün dediklərim

özüm üçün qalır. Hər dəfə mən deyirəm, amma siz yenə də «üçün» qabağına «bir» yazırsınız.

Ə d i l ə. Taleyimizin rəmzidir də Yoldaş Tək...

Yoldaş Tək (barmağı ilə «1»i pozur). Olmaz. Yaramaz belə sözlər və belə hərəkətlər.

Yaramaz. Ictimai yerdə, özü də mənim idarəmdə bu cür bədbin əhvali-ruhiyyə yaratmaq olmaz. Siz

nə fikirdəsiniz? Mənim rəhbərlik etdiyim müəssisədə bədbinlik? Bir də bu hərəkət təkrar olunsa,

töhmət verəcəyəm.

Ə d i l ə. Şiddətli?

Y o l d a ş T ə k. Bəli, lap şiddətli. Bilmirəm bu hərəkətinizi dəfələrlə təkrar etməklə siz nə

fikirdəsiniz. Birdən yuxarılardan bir yoldaş girdi içəri, onda necə olsun?

Ə d i l ə. Məlikməmmədovu deyirsiniz?

Y o l d a ş T ə k. Məlikməmmədov kimdir?

Ə d i l ə (gülümsəyir). Heç...

Y o l d a ş T ə k (bir az tərəddüdlə). Yuxarıların adamıdır?

Ə d i l ə. Lap yuxarıların. (Əli ilə göstərir.) Bax, bundan da yuxarı.

Y o l d a ş T ə k (nisbətən yumşaq). Lap yuxarıların? Sizinlə tanışdır?

Ə d i l ə. Bəli. Bu gün səhər tanış olmuşuq.

Y o l d a ş T ə k tərəddüd içindədir, yenə nə isə soruşmaq istəyir,

86

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!