16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Y o l d a ş K ə r i m z a d ə. Sən heç bilirsən ki, kosmopolit nədir?

Pauza.

Cəfər Ağa. Xeyr, Yoldaş Kərimzadə.

Y o l d a ş K ə r i m z a d ə (zala baxır). Vot pajalısta!..

Yazıçı Alpaslan Qulamzadə narazılıqla başını bulayır, yəni ki,

hələ də gör cəmiyyətimizdə siyasi şüuru inkişaf etməmiş necə adamlar var...

Y o l d a ş K ə r i m z a d ə (nifrətlə). Otur!

Cəfər Ağa oturur, amma Yoldaş Kərimzadə fikrini dəyişir.

Y o l d a ş K ə r i m z a d ə. Qalx yenə, qalx!

Cəfər Ağa ayağa qalxır. Yoldaş Kərimzadə fikrini yenə dəyişir.

Y o l d a ş K ə r i m z a d ə. Əşşi... (Əli ilə işarə edir ki, Cəfər Ağa otursun.)

Cəfər Ağa oturur, amma Yoldaş Kərimzadə təzədən fikrini dəyişir.

Y o l d a ş K ə r i m z a d ə. Qalx!.. Qalx!.. (Əlini yelləyir, yəni ki, yox, sənin kimisinin biriylə

danışmağın mənası yoxdur.) Sadis!..

Cəfər Ağa oturur. Bütün zal lal-dinməzdir.

Ə l i q u l i y e v (Cəfər Ağaya baxa-baxa pıçıltıyla). Gördün? Lap yaxşı oldu!.. Yekəbaşlığın

axırı belədi!.. Bu boyda kişiyə hörmətsizlik eləyir... Ona nə var ki, pyaniskənin biridi... Vay mənim

halıma!..

Y o l d a ş K ə r i m z a d ə. Gördüz, yoldaşlar? Səviyyəni gördüz də?! Bilmir ki, kosmopolit

nədir... Ancaq siz bilirsiz ki, kosmopolit nədir!

Zal sükut içindədir.

Y o l d a ş K ə r i m z a d ə. Mən düz deyirəm, elə deyilmi, yoldaşlar?

B ü t ü n z a l x o r i l ə. Bəli!

Y o l d a ş K ə r i m z a d ə. Alpaslan Qulamzadə də qüdrətli əsərində kosmopolitləri

damğalayır! O maskalanmış xalq düşmənlərini də ifşa edir, göstərir ki, ədəbiyyat partiyanın yaxın

köməkçisidir. Alpaslan Qulamzadənin əsəri Çində də çap olunub, yoldaşlar!

Yoldaş Kərimzadə danışdıqca rəyasət heyətinin bir küncündə əyləşmiş «Xoşbəxt həyatımız» qəzetinin

redaktoru güclə seziləcək tərzdə razılıq əlaməti kimi başını tərpədir. Alpaslan Qulamzadənin yaradıcılığı

haqqında geniş arayışı redaktor yazıb dünən şəxsən Yoldaş Kərimzadəyə verib.

Y o l d a ş K ə r i m z a d ə. Bizim əmək qəhrəmanlarımızın şən həyatı, yoldaşlar, Alpaslan

Qulamzadəyə ruh verir və o çox sevdiyiniz əsərlərini yazır. Belə deyilmi, yoldaşlar?

B ü t ü n z a l x o r i l ə. Bəli!..

Y o l d a ş K ə r i m z a d ə. Alpaslan Qulamzadənin pambıq becərilməsində texnikanın tətbiq

edilməsi kimi mühüm məsələnin əsl bolşevikcəsinə təbliğinə həsr olunmuş romanı da sizin sevimli

əsərinizdir! Belə deyilmi, yoldaşlar?

B ü t ü n z a l x o r i l ə. Bəli!..

23

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!