16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

I s g ə n d ə r z a d ə (cani-dildən özünü mühakimə ilə məşğuldur). Bəs, mənim sinfi sayıqlığım

harada idi?! Hə?! Necə oldu ki, mən o antipod Əsədullanın səviyyəsinə endim?! Bunu tarix mənə

bağışlayacaqmı? Eh, yoldaş Isgəndərzadə! Kapitalist aləmindən gəlmiş avaranın birini milyonçu

qəbul etmək?! Hətta onunla qohumluq barədə fikirləşmək?! Məgər marksizm-leninizm klassikləri

sübut etməyiblər ki, kapitalist aləmi başdan-başa əxlaq pozğunluğu içindədi?! Nə tez unutdun bu

böyük təlimi, yoldaş Isgəndərzadə, hə?! Nə üçün sənin sinfi sayıqlığın bu dərəcədə korlanıb?! Bu,

Qorbaçovun təsiridi!.. Sən bu təsirdən uzaq ol!.. Belə getməyəcək! Bizimkilər qayıdacaq!

Qayıdacaq! Kremlin qülləsində qızıl bayraq hələ çox dalğalanacaq! Imperialistlər Qorbaçovu ram

eləyə bilirlər, ancaq o qızıl bayrağı yox! Gələcək o gün! Qorbaçov bütün keçmiş Siyasi Büro ilə

birlikdə müttəhimlər kürsüsündə oturub tarixin qarşısında cavab verəcək! O zaman mən də öz

qırmızı pasportumu bütün opportinistlərin gözünə soxub deyəcəyəm: Alın ha!.. Yana-yana qalın

ha!.. Mən sovet vətəndaşıyam!..

Pauza.

(O əllərini arxasına qoyub var-gəl eləməyə başlayır.) Mən necə də əsəbiləşirəm... Ah, Lenin!

Lenin!..

Işıq sönür.

ON ALTINCI ŞƏKİL

Həyət. Əhməd bəy, Əsədulla, I s g ə n d ə r z a d ə,

V e r a N i k o l a y e v n a, Süpürgəçi k i ş i.

Səhnənin dibində həyəti süpürən Süpürgəçi kişi bütün bu şəkil ərzində müstəqil olaraq öz işi ilə məşğuldu.

Əhməd bəy həyətə girir və həyətdən çıxan Əsədulla ilə qarşılaşır.

Ə h m ə d b ə y. Bonjur, müsyö!..

Ə s ə d u l l a (bir anlıq ayaq saxlayıb, acıqla Əhməd bəyə baxır). Nə?

Süpürgəçi kişi onlara tərəf boylanır.

Ə h m ə d b ə y. Bonjur!..

Ə s ə d u l l a. Nə deyir, alə, bu? (Əhməd bəyə) Özünsən!.. (Çıxıb gedir.)

Ə h m ə d b ə y. Bunlara nə oldu? (Təəccüblə çiyinlərini çəkir.) Birdən-birə birtəhər oldu...

Yaxşı oldu!.. Sakit oldu!..

Işıq iti addımlarla gedən I s g ə n d ə r z a d ə n i n üzərinə düşür.

Ə h m ə d b ə y. Bonjur, müsyö!..

Süpürgəçi kişi də o saat boylanıb onlara tərəf baxır.

Ə h m ə d b ə y (elə bilir ki, Isgəndərzadə onu başa düşmədi, təkrar edir). Bonjur, müsyö!..

I s g ə n d ə r z a d ə (bir anlıq ayaq saxlayıb hiddətlə Əhməd bəyə baxır). Müsyö yox,

tovariş!.. Bəli, tovariş, yoldaş! Mən hələ sinfi sayıqlığımı itirməmişəm! Bu «istefa!» «istefa» sözləri

mənə təsir edə bilməz! (Barmağı ilə Əhməd bəyi hədələyir.) Bildin?! (Daha da iti addımlarla

uzaqlaşıb gözdən itir.)

Əhməd bəy(tamamilə heyrət içində). Nə oldu?.. Bunlar başqa adam oldu?!. Allah! Allah!

Amma yaxşı oldu başqa adam oldu! Sakit oldu!..

157

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!