16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Bir dəfə də dəhşətli bir hadisə oldu... Hamı Xanım xalanın səsinə çölə çıxdı. Xanım xala ikinci

mərtəbədəki evlərinin qabağında dayanıb öz-özünə qışqırırdı.

X a n ı m a r v a d. Fatma! Fatma! Fatma! Ədiləyə denən, çıxıb üzümə tüpürsün! Tüpürsün!..

Tüpürsün!.. Haqqı var!.. Haqqı var!.. Haqqı var!..

İ ş ı q s ö n ü r.

İYİRMİNCİ ŞƏKİL

M ü ə l l i f, Ə m i n ə x a l a, I b a d u l l a, Ş ö v k ə t,

B a l a k ə r i m, S o n a, Ə l ə k b ə r.

Məhəllə. Günorta.

M ü ə l l i f. Müharibə qurtarmaq bilmirdi. Ibadulla axır vaxtlar, demək olar ki, hər gün

məhəlləyə gəlirdi. Hər gün də, Əminə xalanın çığırtısı həyət-bacaya yayılırdı. Dalanımızın arvadları,

qızları daha əvvəlki kimi həyətdə yığışmırdılar, çünki, hərənin öz dərdi özünə bəs idi. Qara xəbərlər

gələn evlərdə qopan vay-şivənin yanında, Əminə xalanın çığırtısı da daha təsir etmirdi.

Pauza.

Və günlərin bir günü mən həyətdə oturmuşdum. Atam neçə vaxt idi ki, müharibədə idi,

anamın da öz-özüylə danışmağa başladığı günlər idi...

Ə m i n ə x a l a n ı n s ə s i. Get, köpəyoğlu!.. Çıx get day!.. Canım qurtardı sənnən! Get,

köpəyoğlu! Get, bir qara daş da dalunca!..

Səhnə işıqlanır. Ibadulla qoltuğunda sıxdığı bağlamayla səhnəyə daxil olur. Arvadlardan kimi pəncərədən

boylanır, kimi həyətə çıxır.

I b a d u l l a. Hə, gördüz?! Axırı verdi qızıllarımı, gördüz?! Inanmurduz mənə!.. Getdim mən

day!.. Axtarun, taparsuz məni Voronejdə, ay tapduz a!..

Ə m i n ə x a l a (səhnəyə daxil olaraq). Get, köpəyoğlu!.. Səni görüm qan qusasan!..

I b a d u l l a. Gördüz?! Aldım axır qızıllarımı bunnan! Mənnən gizlədirdi!.. Bilirdim axı!

Bilirdim!.. Gördüz?!. Siz də inanmurduz!..

Ə m i n ə x a l a. Səni görüm tramvay altında qalasan, köpəyoğlu! Saxladuğun o qəhbəynən

bir yerdə!..

M ü ə l l i f. O zaman mənə elə gəldi ki, bizim o qəmgin məhəlləmizə nəsə çirkab bir su

töküldü. Məndə heç vaxt belə bir hissiyyat olmamışdı. Mənə elə gəldi ki, Əminə xalanın özü də

başdan-başa o çirkabın içindədir. Ibadullanı isə o vaxtdan sonra mən bir də heç vaxt görmədim...

Pauza.

Balakərim gündüzlər məhəllənin kişisiz evlərinə kömək edirdi. Su daşıyırdı, odun yarırdı,

mismar tapıb, daş tapıb sökülən, dağılan yerləri özü bildiyi kimi düzəldirdi. Hərdən də Ağ Dəvənin

əhvalatlarından danışırdı... Əvvəllər – yəni o gözəl günlərdə ki, hələ müharibə başlamamışdı.

Balakərim o tut ağacının altında oturub nəsə danışanda, Şövkət də bir az aralıda öz qapılarının

ağzındakı skamyada oturub Ziba xaladan aldığı iri tumları cırtlayanda, Balakərim hərdən oğrunoğrun

ona baxırdı, bir-iki dəfə udqunurdu, hərdən elə bil, hər şeyi, məni də, Ağ Dəvəni də yaddan

çıxarırdı və həmin anda Şövkət şaqqanaq çəkib gülürdü...

374

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!