16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Artist dərhal yerində oturur.

(Otaqda gəzişə-gəzişə, barmağını hərdən güzgünün qabağındakı qrimlərə toxundurub baxabaxa.)

Təkrar edim?

A r t i s t (nigaran nəzərlərlə qapıya tərəf baxaraq tələsik). Yox...

Dayı otaqda gəzişir.

Siz kimsiz?

D a y ı. Dayı.

A r t i s t. Onu bildim... Başqa kimsiz?

D a y ı. Başqa da Dayı.

A r t i s t. Bəs... Bəs parolu hardan bilirsiz? (Tamam gərgin) A-a-a... Ordan gəlmisiz?

D a y ı. Yox.

Artist. Bəs hardan?

D a y ı. O biri tərəfdən.

Artist (həyəcanla). Hardan? Türkiyədən?

D a y ı. Sualları mən verirəm!

A r t i s t. Baş üstə!

D a y ı (barmağını Artistin burnuna toxundurub qrimə baxır). Bunu hardan tapmısan?

A r t i s t. Almışam.

D a y ı. Hə?

A r t i s t. Vallah, Moskvadan göndərməyiblər! Əldən almışam.

D a y ı. Harda satırlar?

A r t i s t. Kubinkada.

Dayı diqqətlə barmağındakı qrimə baxır, iyləyir.

Vallah, Moskvadan göndərməyiblər! Yaman xəsisdirlər! Bax, bunu göndəriblər mənə!

(Fırçanı göstərir.) Vəssalam! (Qrimləri göstərir.) Bunları özüm almışam.

D a y ı. Iki məsələni həll etməliyik.

A r t i s t. Baş üstə!

D a y ı. Birinci, bizim o bacı oğlunu...

Artist (cidd-cəhdlə Dayının sözünü kəsir). Əhmədi deyirsiz. O mənim qardaşımdı! Onu nə

qədər müdafiə elədim, olmadı! Bu partokrat onu ixtisara saldı!

Dayı barmağını bu dəfə də Artistin qulağına vurub

diqqətlə baxır.

Vallah, Moskvadan deyil!

D a y ı. Əhməd teatra qayıtmalıdı!

A r t i s t. Baş üstə! Qaytarmasalar, mətbuat konfransı çağıracağam!

D a y ı. Ikincisi... (Cibindən kağız çıxarıb ona verir.) Yaz!

A r t i s t. Baş üstə!

Dayı (imtina edərək). «Faraonı bolşe ne lyubyat oxotitsya!»

A r t i s t. Bəs... Bəs məni axı, birtəhər eləyərlər!..

D a y ı. Əvvəldən fikirləşəydin.

A r t i s t. Neynəyim?.. Dedilər ki, Otellonu oynayacaqsan... Şirnikləndirdilər, verbovat

elədilər... Mən... mən...

D a y ı. Yaz!

A r t i s t. Mən... Mən...

185

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!