16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Işıq Balakərimlə Ələkbərin üzərinə düşür.

Ə l ə k b ə r. Balakərim, o Ağ Dəvə niyə Hitlerin qapısında yatmır?

B a l a k ə r i m. Yatacaq, Ələkbər, yatacaq! Farslar bilirsən də, nə deyib, Ələkbər? Farslar

deyib ki: «Hər suxən caiz, hər nöqtə məqam darəd».

Işıq yenə yalnız Müəllifi göstərir.

M ü ə l l i f. Günlərin bir günü də, xəbər çıxdı ki, Amerikadan bir nəfər Ziba xalagilə gəlib.

Özü də o bir nəfər Ziba xalanın oğludur, Amerikada yaşayır. Arvadlar deyirdi ki, Qavril – Ziba

xalanın həmin oğlu – gəlib ki, Ziba xalanı Amerikaya aparsın. Deyirdilər ki, Qavrilin Amerikada on

otağı var, özü də 21-ci mərtəbədə.

İ ş ı q s ö n ü r.

ON BEŞİNCİ ŞƏKİL

S o n a, Z i b a x a l a, S ə f u r ə x a l a, F i r u z ə x a l a,

M ə ş ə d i x a n ı m, Q a v r i l, Ə l ə k b ə r.

Məhəllə. Günorta.

Arvadlar həyətdədirlər, kimi zivəyə paltar sərir, kimi krantda qab-qacaq yuyur, kimi yorğan sırıyır.

S ə f u r ə x a l a. Vay, yazıq Ziba, o mərtəbələri necə qalxacaq elə?

F i r u z ə x a l a. Ağəz, pilləkənlə qalxmırlar ki, maşın qaldırır adamları yuxarı də... Yazıq

Ziba, o maşına necə minəcək hər gün, ağəz? Yazıq Ziba çox əziyyət çəkib, səhərdən axşamadək tum

satmaqdan beli donqarıb. Qoy, getsin oğluynan, mağıl, heç olmasa, ömrünün axırında oğul-uşaq

görsün.

M ə ş ə d i x a n ı m. Bu ki, belənçinə yaxçı oğul idi, nöş indiyənəcən görünmürdü? Nöş

demirdi ki, mənim də anam var, hə? Ağəz, vallah, mən ölü, siz diri, görərsüz, bunu arvadı göndərib

bura. Deyib ki, get anovu götür gəl, uşaqlara baxsın.

S o n a. Sizi bilmirəm, vallah, mən darıxacağam Ziba xalayçun.

Ziba ilə oğlu gəlir. Ələkbər onların qabağına qaçıb, maraqla Qavrilə baxır.

Ə l ə k b ə r. Salam!

Q a v r i l. Salam. Salam.

Z i b a. Elə yaxçı oğlansan sən, Ələkbər!.. Allah səni həmişə salamat eləsin!.. (Arvadlara)

Peyğəmbər haqqı, heç hara getməzdim. Sizi qoyub hara gedirdim? Kimdi məni adam yerinə qoyan,

sizdən başqa? Amma nəvələrim var da o xarabada, görmək istəyirəm onları. Nə edim, bəs haçan

görəcəyəm? Nəvələrim də, deyir, ingiliscə danışırlar, bəs mən onları necə başa düşəcəyəm? Ay

arvadlar, mən sizi qoyub hara gedəcəyəm, başıma haranın daşını salacağam? Allah sizi həmişə

salamat eləsin! O xarabada mən nə edəcəyəm? Məni yaddan çıxartmayın... Qayıdıb gələcəyəm

mən... Qoy gedib bir o nəvələri görüm...

Q a v r i l. Allahın köməyilə.

Ə l ə k b ə r (yavaşdan Sonaya). Ana, azərbaycanca danışır e...

Z i b a x a l a. Hamınıza məktub yazacağam... Siz də, qurban olum, tək qoymayın məni orda,

məktub yazın, Allah sizi həmişə salamat eləsin!

Qavril doldurma qələmlə ünvan yazır. Ələkbər qələmə baxır. Ziba qələmi Qavrildən alıb Ələkbərə verir.

366

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!