16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

B i r i n c i q o n a q (açarla sol tərəfdəki qapını açıb içəri girir və daxili bir rahatlıqla

dərindən nəfəs alır). Sağ olsun iki şüşə Gəncə konyakı!.. Yaşasın e, yaşasın!.. Var olsun!..

(Əlindəki portfeli kreslonun üstünə atır, plaşını çıxarır.) Düzdü, o iki şüşə konyakı yuxarılara

versəydim, işimə yarayardı, amma eybi yox!.. Yarayır yarasın, yaramır cəhənnəmə yarasın. Bəsdi

day e, bəsdi! Cana yığılmışam! Bəsdi! (Plaşı da o biri kreslonun üstünə atır, şlyapanı da çıxarıb

ora tolazlayır.) Azadlıq!.. Azadlıq!.. Istirahət!.. Bu gün buradan çıxdı yoxdu! Neçədi saat? (Iri cib

saatını jiletin cibindən çıxarıb baxır.) On bir. Qoy gözləsinlər!.. Nə deyirlər, qoy desinlər sabah!

Bu gün idarəyə getmək yox e, heç küçəyə çıxdı da yoxdu! Üç gün var hələ irəlidə, bəs eləyər...

Yeməyi də deyəcəyəm bura gətirsinlər! (Otağı nəzərdən keçirir.) Ömrümdə belə genişliyim, belə

rahatlığım, sakitliyim olmayıb! Nə uşaqların çığır-bağırı, nə də tanış-bilişin telefon zəngi!.. Ay nə

bilim, orası elə oldu, burası belə oldu... Bu günü ancaq özüm üçün yaşayıram, vəssalam!.. O iki

konyaka ki, düzəltdilər mənimçün bu nömrəni, vallah, halalları olsun! Rüşvətin də öz gözəlliyi

var!.. Azadlıq və istirahət, vəssalam! Ezamiyyətin zir-zibili sabahdan başlayır! Proqramımızı belə

müəyyən elədik, əziz dost! (Atılıb divanda oturur, qollarını geniş açır, ayaqlarını xalçanın üstünə

uzadır.) Bax, belə! Ölmək, ölməkdi, xırıldamaq nə deməkdi? Deyəcəyəm yeməklə, özümə də bir

dənə araq gətirsinlər! Ley-pey, Bombey!.. Yox, deyəcəyəm konyak gətirsinlər! Məndən artıqdı

konyak içənlər? (Yenə diqqətlə otağı nəzərdən keçirir, sonra gözü sağ tərəfdəki o biri otağın

qapısına sataşır.) Qoy bir ora da baxım, əziz dost! Bura qonaq otağı, ora da yataq otağı, day nə

istəyirsən, ay zalım?! (Ayağa qalxır və bu zaman yataq otağından öskürək səsi eşidilir.) Bu nədi?

(Təəccüblə) Orda adam var deyəsən... Bəs dedilər ki, boşdu, mən tək qalacam burda?.. Iki yerin

pulunu aldılar məndən... (Yaxınlaşıb yataq otağının qapısını açır və daha artıq təəccüblə) Salam...

I k i n c i q o n a q (qapı arxasından). Salam, salam! Bağışlayın siz Allah! Bu saat!..

B i r i n ci q o n a q. Siz də burda qalırsız?

I k i n c i q o n a q (qapı arxasından). Yox! Yox! Mənim vaxtım bitib daha! Indicə qayıtdım

ki, çətiri götürüm. Yadımdan çıxıb qalmışdı burda. Yaxşı ki, küçədə yağış yağır, yadıma düşdü...

B i r i n c i q o n a q (təəccüblə pəncərədən küçəyə tərəf baxır). Yağış yağır?

I k i n c i q o n a q (qapı arxasından). Hə! Yağışla da ki, mənim heç aram yoxdu. (Öskürür.)

Onsuz da, soyuqlamışam. Bu saat... bude, bu da çətir. (Yataq otağından çıxır, əlində qara çətir.)

Salam!.. (Əlini uzadır.)

B i r i n c i q o n a q (əl tutur). Salam!..

I k i n c i q o n a q Necəsiz?

B i r i n c i q o n a q. Çox sağ olun...

I k i n c i q o n a q. Bağışlayın siz Allah!.. Mane oldum sizə, istirahətinizi pozdum!..

B i r i n c i q o n a q. Eybi yox...

I k i n c i q o n a q (öskürür, sonra əynindəki ağ plaşın boynunu qaldırır, başındakı boz

şlyapanı düzəldir, əlindəki qəhvəyi portfeli yerə qoyub çətiri yoxlayır). Yaxşı açıldı... Hərdən

tutması var axı, tutanda qalıram yağışın altında. Özüm də ki, soyuqlamışam. (Çətiri bağlayıb,

qoltuğuna vurur, portfeli götürür.) Mən sizə yaxşı istirahət arzu edirəm!

B i r i n c i q o n a q. Çox sağ olun!

I k i n c i q o n a q. Işiniz avand olsun!

B i r i n c i q o n a q. Çox sağ olun.

I k i n c i q o n a q. Yaxşı nömrədi, suyu da yaxşı gəlir, tualeti də yaxşı işləyir!.. Düz üç gün

qaldım burda!.. Razı gedirəm!.. Arzu edirəm ki, siz də razı gedəsiz!

B i r i n c i q o n a q. Çox sağ olun...

I k i n c i q o n a q. Bir daha üzr istəyirəm, narahat elədim...

B i r i n c i q o n a q. Eybi yoxdu...

I k i n c i q o n a q. Sağ olun!

B i r i n c i q o n a q. Sağ olun...

29

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!