16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Ə s ə d u l l a. O şofer Kərimgilin qonağı bilirsən kimdi? Milyonçudu! Şofer Kərimgilnən

qohum çıxıblar. Gəlib bunnarda qalır ki, mən gərək bu çətin vaxtda xalqımnan bir yerdə olam!

Bərəkallah! Həm də Fransadan ona görə gəlib ki, evlənsin burda! Ata-baba yurdundan özünə bir qız

tapıb alsın, aparsın Fransaya! Başa düşdün?

Pauza.

F i r ə n g i z x a n ı m. Sən Allah, sən sabahkı xörəyin adını qoy, mən də bilim işimi!

Pauza.

Ə s ə d u l l a. Bolşeviklər gələndə bizim dövlətlilərin başına nə oyun açdı?! O boyda Hacı

Zeynalabdin Tağıyevin qızı küçədə az qalırdı dilənsin! Indi gündə televizornan göstərirlər, göz yaşı

axıdırlar, sinələrinə döyürlər! Onda kömək eləyəydilər e, indi vətən məhəbbətindən danışmaqnan

döyül! Açıq kömək eləyə bilmirdilər, gizlin eləyəydilər! O qədər gizlin işlərdən çıxırdılar ki!.. Indi

bizi də elə qara günlər gözləyir, başa düş! O rəhmətliklər qanunla milyonçuydular, amma heç qanun

da onnarın imdadına çatmadı! Nəyidi? Öz halal torpağıydı, nefti fontan vurmuşdu! Amma mənim ət

kombinatım fontan vurub e, iyirmi ildə! Özü də mənim şəxsi kombinatım yox, hökumətin

kombinatı! Eh, kül o hökumətin başına!.. O keçmiş rəhmətliklər, o tağıyevlər, nağıyevlər, bizim

kimi padpolnu döyüldülər! Ah! Ah! Gül kimi vaxtlarımız qurtardı day! Pul qiymətdən düşür!

Xərcləməyə yer yox! Almağa şey yox! Fransa! Ancaq Fransa! Əhməd bəy öz azərbaycanlımızdı,

millətin oğludu, özü də milyonçu! O milyonçu, mən milyonçu, gör orda neyniyərik də! Fransada

OBAXEES yox, qorkom yox, raykom yox! Partkontrol da yox! Alə, qaz vur, qazan doldur də! Hə?

Onnan yaxçı kürəkən tapacam? Kimin indi hörməti qalıb ki, gedib onun oğluynan qohum olum?

Ode, bizim həyətdəki o boyda Isgəndərzadəni indi vecinə alan yoxdu, görmürsən? Ya ode, o ikinci

mərtəbədəki artist Ivan! Bir vaxt Lenini oynayırdı teatrda, bütün qəzetlər, televizor, radio onnan

deyirdi! O qədər orden-medal taxırdı döşünə, elə bil Brejnevdi! Noldu? Indi itdən düşüb!

Firəngiz x a n ı m. Deyirsən yəni Züleyxanı verək ona?

Ə s ə d u l l a. Allaha çox şükür, axır ki, başa düşdün! Bircə o gədənin adını yadunda saxlaya

bilirsən, amma belə şeyləri başa düşmürsən!

Eynşteyn tələsik otağa girir.

Ə s ə d u l l a (hövsələsiz). Gəl çıx də! Hardasan? Səni iş dalınca göndərən, gərək özü də sənin

dalınca gedə!

E y n ş t e y n (bu sözlərdən pərt olub, başını həddən artıq aşağı salır). Yox...

Ə s ə d u l l a. Yaxşı, noldu, nə cavab gətirmisən?

Eynşteyn cavab vermir və başını da eləcə aşağı salır.

Ə s ə d u l l a. Sənnən döyüləm? (Firəngiz xanıma) Buna noldu belə?

F i r ə n g i z x a n ı m. Ürəyinə dəydin də...

Ə s ə d u l l a. Bunun ürəyinə? Alə, səninnəyəm, adun da yadımdan çıxdı, şey, səninnəyəm,

noldu?

Eynşteyn eləcə yerə baxır.

Sən öləsən, bunun dalına bir dənə təpik vuracağam!

128

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!