16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

D o s t. Dayan! Dayan! Mənimki çox asan bir işdi! (Kişinin qolundan tutub səhnənin önünə

çəkir.) Təşkil elə, qəzetlərdən birində məni qatı türkçü kimi ifşa eləsinlər!

Pauza.

K i ş i. Nə?

D o s t. Məqalə yazıb məni türkçü kimi ifşa eləsinlər!

K i ş i. Niyə?

D o s t (yamsılayır). «Niyə? Niyə?..» Ay dilbilməz! (Qolundan tutub bir az da irəli çəkir,

yavaşdan.) Istəyirəm Istanbulda elmi işə gedim!.. Başa düşdün?

K i ş i. Yox!

D o s t (hirslənir). Allah! Allah! Sən qabaqlar belə kütbeyin deyildin, şimdi nasıl oldun belə?

(Qolundan tutub bir az da qabağa çəkir, az qalır tamaşa zalına yıxılsınlar.) Istəyirəm türk cəfakeşi

imiciylə gedim!.. Başa düşdün, ay dilbilməz?

Pauza.

Əşşi, bir dənə məqalədi, özün otur beş dəqiqəyə yaz, döşə mənə türkçü kimi, nə qədər

döşəyirsən! Altından da başqa bir ad qoy, ver qəzetə! Hə?

Pauza.

Özüm oturub yazardım e, məndə çıxmır! Özüm özümü tənqid edə bilmirəm. Yazıram, tərif

çıxır... Sənin qələmin başqadı axı! Yaxşı, yaz ver mənə, mən özüm ötürüm bir qəzetə! Noldu sənə?

K i ş i (iki əlilə də başını tutur). Vallah, mən dəli olacam! Billah, dəli olmaq yüz dəfə bundan

yaxşıdı!

D o s t. Əşşi, bundan asan nə var? Demirəm ki, məni təriflə! Deyirəm ki, ifşa elə də! Şimdi

adama qara yaxmaqdan asan nə var?! Qəzetlər ölür belə şeylərdən ötrü!

Q o n ş u (səhnəyə daxil olur). Salam, ay qonşu! Xeyir ola, qapını açıq qoymusan?

K i ş i (eləcə başını tutub qışqıra-qışqıra). Yox!.. Yox!.. Mən daha infarkt olmayacam! Mən

dəli olacam! Dəli! (Qaçıb səhnədən çıxır.)

Q o n ş u. Buna nə olub, alə?

D o s t (onun ardınca qaçır). Ə, sən necə türksən? Hanı bəs sənin türk vicdanın?

Q o n ş u. Boy!..

Q ı z (qışqıra-qışqıra səhnəyə daxil olur). Papa!.. Papa!.. Suzikin dərmanını al ha!..

A r v a d (səhnə arxasından qışqırır). Telefonu denən! Denən telefon pulu yadından

çıxmasın!..

Q o n ş u. Alə, hara qaçdın? Mənim sözüm var axı sənə, alə!.. (Qaça-qaça səhnədən çıxır.) Bir

dəqiqə!.. Bir dəqiqə!..

İ ş ı q s ö n ü r.

İKİNCİ ŞƏKİL

Bağça. K i ş i, Q o n ş u.

Kişi ayaq saxlayıb nəfəsini dərir. Qonşu özünü güclə ona çatdırır.

Q o n ş u (təngnəfəs). Alə, sən lap kenquru kimi qaçırsan ki! Sənə çatmaq olmur. Bir dəqiqə!..

(Nəfəsini dərir.) Necəsən? Qaçmağından görürəm ki, formadasan!

K i ş i (öz-özünə). Sakit ol... Əsəbiləşmə...

256

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!