16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

İ ş ı q s ö n ü r.

Səhnə bir anlıq qaranlıq olur.

Xəlilin səsi.Əşşi, bir qiyamət məclis idi ki... Hayıf sən yox idin, mamoçka, elə qanım

qaralmışdı ki...

Işıq yanır. Ədilə otaqda divanın üstündə oturub. Qarı yenə də

səhnənin sağ küncündə öz köhnə kürsüsündə əyləşib corab toxuyur.

Xəlil otağa daxil olur.

X ə l i l. Hayıf, mamoçka, lap hayıf ki, sən getməmişdin... (Ədilə qəribə nəzərlərlə Xəlilə

baxır, elə bil baş çıxara bilmir ki, o haradan peyda olub.) Səlim özü sənin şərəfinə sağlıq dedi. Elə

yaxşı sözlər dedi ki, mamoçka, lap ürəyim kövrəldi...

Ə d i l ə. Nə deyirsən?

X ə l i l. Deyirəm ki... (Diqqətlə Ədiləyə baxaraq) Xəstələnib eləyərsən ha, birdən?

Ə d i l ə. Hə-ə... (Ayağa qalxır.) Yox, hər şey öz yerindədir.

X ə l i l. Bir yağış yağır ki, gəl görəsən. Tut ucundan dırmaş yuxarı. Elə yaxşı eləyib getmədin,

islanacaqdın əməlli-başlı. (Ədilə səhnədən çıxır və əynində plaş qayıdır. Xəill təəccüblə) Hara belə,

mamoçka?

Ə d i l ə. Gəzməyə gedirəm.

X ə l i l (heyrətlə). Bu havada gəzməyə gedirsən?

Ə d i l ə. Hə. Bu havada gəzməyə gedirəm.

X ə l i l. Onda mən də səninlə gedirəm.

Ə d i l ə. Yox, mən tək gəzəcəyəm.

X ə l i l. Axı, mamoçka...

Ə d i l ə. Dedim ki, mən tək gəzmək istəyirəm. (Səhnədən çıxır.)

Xəlil onun ardınca baxır.

Qarı(əlində corab toxuya-toxuya). Bu corabı kiçik oğlumçun toxuyuram. O biriləri

etibarsızdırlar. Ən çox onu istəyirəm. Özü də hava kimi ləkəsizdir. Gözlərində elə məhəbbət var ki,

səma kimi sonsuzdur.

ALTINCI ŞƏKİL

Poçt şöbəsi. Günorta olmasına baxmayaraq, içəri girib-çıxan azdır. Hərə öz işi ilə məşğuldur. Ədilə də öz

pəncərəsinin qarşısında oturub, hərdənbir ona müraciət edənlərə cavab verir, məktublara baxır və onun bu

hərəkətlərində, baxışlarında bir biganəlik hiss olunur.

Yoldaş Tək yerindən qalxıb Ədiləyə yaxınlaşır.

Yoldaş Tək(bir neçə anlıq sükutdan sonra). Eh-h...

Ə d i l ə (başını qaldırıb ona baxaraq). Nə deyirsiniz, Yoldaş Tək?

Y o l d a ş T ə k. Heç nə. Ah çəkirəm.

Ə d i l ə. Niyə? (Təəccüblə) Siz də ah çəkə bilirsiniz?

115

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!