16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Xəfiyyə.Baba keşişin ata yurdu Ərzurumdadır. O, qızı ilə bərabər, Ərzurum tərəflərə yol alıb.

Sultan Səlimin qorxusundan Ərzurumdan o tərəfə keçə bilməyəcək. Bir də ki, Ərzurum dağlarında

onların Müqəddəs Evi var. Çox güman ki, elə ora gedəcək. Bu gecə onları haqlamaq mümkündü...

Bayandur bəy(xəncərinin dəstəyindən yapışıb qınında oynadır). Izin verin, mən gedim, xan

babam!

Q ə m ə r b a n u. Yox!

Bayandur bəy. Izin verin, xan babam! Sübh tezdən qız sağ-salamat burda olacaq, keşişin başı

da cənabınızın ayaqlarının altında!

Q ə m ə r b a n u. Yox! (Qışqırır.) O qızı dəli eləmək istəyirsiz? Mahmud buna dözər, Ziyad?

Pauza.

Z i y a d x a n (Xəfiyyəyə). Onların harda olduqlarını, hara getdiklərini hər gün bilməliyəm!..

(Bayandur bəyə) Sən də sakit ol!

Ikinci k e ş i k ç i. Sofi əmrə müntəzirdir.

Z i y a d x a n. Gəlsin.

Banudan başqa, hamınız gedə bilərsiz.

Sofi içəri daxil olur.

Mirzə Salman, Bayandur bəy, Xəfiyyə təzim edib səhnədən çıxır.

(Sofiyə) Bundan sonra işin mənimlə olacaq...

Səhnə yavaş-yavaş qaranlıqlaşır. Işıq səhnənin qarşısında dayanmış Danışanın üzərinə düşür.

D a n ı ş a n. Həmin gün Ziyad xan bütün lazımı tapşırıqlarını verdi. Bir neçə dəfə Sofi ilə

görüşdü və sonuncu dəfə: «Mahmud göz açandan sənin qucağında böyüyüb, Sofi– dedi.– Sən təkcə

Mahmudun lələsi deyilsən, bu etibarsız dünyada, sən bizim ən etibarlı adamımızsan, Sofi! Görürsən

bu daş-qaşı? Bütün bu var-dövlət Mahmudundur!.. Hamısı! Hamısı! Mən bunların yarısını, bu

kəmərlə sənə verirəm. Gərək bunun içindəki var-dövlət Mahmudun yanında olsun... Həmişə, həmişə

onun yanında olsun! Dünyanın işlərini bilmək olmaz... Bilmək olmaz... Bunları götürüb, köynəyinin

altından belinə bağlarsan... Sən indi məmləkətin ən qiymətli adamısan, Sofi, amma boynun

ətdəndir!.. Bunu heç vaxt yadından çıxarma! O keşiş qızının izi ilə gedəcəksiz. Mahmud heç nədən

korluq çəkməyəcək. O qızı tapacaqsız. Sonrası mənim işimdir!» Və bütün bu hazırlıqdan xəbərsiz

Mahmud Sofi ilə birgə yola rəvan oldu. Ancaq nə Ziyad xan, nə də Qəmərbanu bilmədi ki, bu

ayrılıq əbədi ayrılıqdı... Həmin gün bu ayrılığın əbədi olduğunu sarayda yalnız bir adam bilirdi...

İ ş ı q s ö n ü r.

ON DÖRDÜNCÜ ŞƏKİL

D a n ı ş a n, M a h m u d, S o f i, Ç o b a n.

Axşam. Çöl.

Mahmud, Sofi və bir Çoban ocaq kənarında əyləşiblər. Uzaqdan qurd ulayır, azca yağış yağır, haralardasa ildırım

çaxır, Sofi və Çoban çörək yeyirlər.

318

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!