16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə d i l ə. Elə bilirsiniz ki, burada işləyənlərin hamısı Yoldaş Təki dolaya bilər? Işçilər tük

salırlar Yoldaş Tək adı gələndə. Bilirsiniz necə qorxurlar ondan? Sən dünyanın işinə bax ki, bu da

mənə yaltaqlanır...

G ü l z a r. A-a-a... Nə münasibətlə sənə yaltaqlanır bu?

Ə d i l ə. Bir-iki ildən sonra pensiyaya çıxacaq. Indidən mənə yaltaqlanır ki, o vaxt Xəlil

bunun pensiya işinə kömək etsin. Hərdənbir məndən soruşur ki, (Yoldaş Təki yamsılayır.) Ictimai

Təminat Nazirliyində nə var, nə yox, yoldaş Ədilə?..

G ü l z a r. Yazıq...

Kiçik pauza.

Ə d i l ə. Elə biz də yazığıq...

G ü l z a r. Day demə...

Z ü l e y x a. Nə olub e, sizə?

Y o l d a ş T ə k (oturduğu yerdən). Baba!

Baba(yerindən sıçrayaraq). Bəli, Yoldaş Tək!

Y o l d a ş T ə k. Fasilə bitdi.

B a b a. Bu dəqiqə, Yoldaş Tək.

Baba gəlib qapını açır.

G ü l z a r. Yaxşı, Ada, biz getdik.

Ə d i l ə. Yaxşı, privet.

G ü l z a r. Hə, yadımdan çıxmışdı, dokumentləri yenə instituta verdim axı... Qiyabi. Ya

qismət.

Ə d i l ə (zarafatla). Allah kərimdir.

Z ü l e y x a. Biri ah çəkir ki, çoxlu borcum var. Deyirlər: – «Allah kərimdir». Deyir ki, dərd

burasındadır Kərimə də borcluyam. (Ayağa qalxır.) Sağ ol, Ada. Krinplin palto alsam, axşam gətirib

evdə sənə göstərəcəyəm.

Ə d i l ə. Yaxşı.

Qızlar gedirlər. Yenə iş başlayır. Gəlib-gedən çoxalır. Ə d i l ə bütün işlərini elə bil ki, mexaniki surətdə görür;

fikirli və dalğındır. Yoldaş Tək öz yerindən qalxıb ona yaxınlaşır. Tərəddüd içindədir.

Y o l d a ş T ə k. Deyirsiniz ki, bu gün səhər tanış olmusunuz?

Ə d i l ə (fikrindən ayrılaraq). Nə?

Y o l d a ş T ə k. Deyirəm ki, bu gün səhər tanış olmusunuz?

Ə d i l ə. Kimi deyirsiniz, Yoldaş Tək?

Y o l d a ş T ə k. Yoldaş Məlikməmmədovu deyirəm də...

Ə d i l ə. Hə-ə...

Y o l d a ş T ə k. Deyirsiniz ki, lap yuxarıların adamıdır?

Ə d i l ə (köks ötürərək). Lap...

Kiçik pauza.

Y o l d a ş T ə k (mehriban danışmağa çalışır, amma bu çox süni görünür). Bu gün səhərdən

gözümə kefsiz dəyirsiniz, yoldaş Ədilə, bir hadisə baş verməyib ki?

Ə d i l ə (biganəliklə). Qayınatam vəfat edib, Yoldaş Tək.

Y o l d a ş T ə k (eynəyini düzəldərək çox ciddi). Yəni lap rəsmi surətdə vəfat edib?

Ə d i l ə (eyni biganəliklə). Yox, rəsmi surətdə yox...

90

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!