16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

K i ş i. Başqa bir hadisə də xatırlaya bilərsinizmi?

X ə l i l. Başqa hadisə? Deyə bilərəm, əlbəttə, mənim həyatımda dəyərli hadisələr çox olub.

Ancaq... (Ədiləyə baxır.)

K i ş i. Çəkinməyin, danışın.

X ə l i l. Yaxşı, sizə bir hadisə də danışım. (Ədiləyə) Mamoçka, bilirəm sən xoşlamırsan bu

söhbəti, amma gərək danışım də, neyləyim?.. (Üzünü yenə Kişiyə tutur.) Iki il bundan əvvəl, söz

vaxtına çəkər, elə bu vaxtlar idi, bizim şöbənin müdiri Kazımov məni yanına çağırıb dedi: «Xəlil,

biz səninlə iyirmi dörd ildir ki, bir yerdə işləyirik. Mən səni özümə dost hesab edirəm. Bundan sonra

məni, ancaq adımla, elə Səlim deyə çağıra bilərsən». O vaxtdan bəri işçilərimizin yanında da onu adı

ilə çağırıram. Çünki dostuq. Çünki o...

Kişi(onün sözünü kəsir). Siz Ədiləni sevirsiniz?

X ə l i l. Onsuz mənim üçün həyat yoxdur.

K i ş i. Siz öz həyatınızı onun yolunda qurban verərsiniz?

X ə l i l. Mən dedim ki, onsuz mənim üçün həyat yoxdur. (Gizli bir qorxu ilə) Nə olub ki?

K i ş i. Sualıma cavab verin: siz onun yolunda öz həyatınızı qurban verərsiniz?

X ə l i l. Mən... mən dedim ki...

K i ş i. Gedə bilərsiniz.

X ə l i l. Baş üstə. (Cəld addımlarla gedir.)

Ədilə(fikirli). Mənimlə sağollaşmağı da unutdu... Qorxdu... (Fikrindən ayrılaraq) Bağışlayın.

Bu saat. (Çağırır.) Zulya!

Züleyxanın səsi. Nədi, Ada?

Ə d i l ə. Bura gəl, səninlə işim var.

Züleyxa qaranlıqdan çıxır.

Z ü l e y x a. Salam. (Kişiyə işarə ilə, yavaşdan) Ada, nə yaraşıqlı kişidir belə...

K i ş i. Züleyxa Əli qızı Xəlilova. Otuz iki yaşınız var. Ərdə deyilsiniz. Katibə ilşəyirdiniz, bir

aydır işləmirsiniz.

Z ü l e y x a. Neyləyim, şorgözün biri idi.

K i ş i. Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz bir hadisəni danışmalısınız. Buyurun.

Züleyxa(təəccüblə ona baxır). Zarafat edən adama oxşamırsınız... (Ədiləyə yarızarafatla) Ada,

bu yoldaş ciddi danışır? (Ədilə başını tərpədərək təsdiq edir.) Onda Gülyanı da çağırın, bir yerdə

danışaq.

Kişi (Ədiləyə). Çağırın.

Ə d i l ə (çağırır). Gülya! Gülzar!

Gülzarın səsi.Mənimləsən, Ada?

Ə d i l ə. Hə. Bir dəqiqəliyə bura gəl.

Gülzar qaranlıqdan çıxır.

G ü l z a r. Privet. Nə əcəb belə? (Kişiyə işarə edərək, qızlara.) Oy, nə simpatiçnidir...

K i ş i. Gülzar Əhməd qızı Məmmədova. Otuz bir yaşınız var. Ərdə deyilsiniz. Gecə

növbəsində telefonçu işləyirsiniz.

G ü l z a r. Ada, bu çuvak statistika idarəsindəndir? Xeyir ola?

Z ü l e y x a. Qulaq as.

K i ş i. Siz öz həyatınızda ən əhəmiyyətli hesab etdiyiniz bir hadisəni danışmalısınız.

Z ü l e y x a. Eşitdin, Gülya, həyatımızın ən əhəmiyyətli hadisəsini danışmalıyıq. Danışaqmı?

G ü l z a r. Danışaq.

101

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!