16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

M ü ə l l i f. Necə? Axı, pyes qoyunçuluğa həsr olunub! Gülzar quzuları qucağına alır, onları

əzizləyir...

Baş rejissor. Gülzar kimdi?

M ü ə l l i f. Yadigarın sevgilisi!

Baş rejissor. Kimin?

M ü ə l l i f. Yadigarın!

B a ş r e j i s s o r. O kimdi?

M ü ə l l i f. Yadigar? Bəs sizin o cürə xoşunuza gəlmişdi! O cürə tərifləyirdiz!..

Baş rejissor. Mən? Harda?

M ü ə l l i f. Keçən həftə... Restoranda...

Baş rejissor. Hə... Yadigar... Yadigar...

M ü ə l l i f. Bəli! Qabaqcıl çoban! Hər quzudan iki bala alır!..

Baş rejissor. Nolar? Inəkdən bala almaq olmaz?! Indi bizdə maldarlığı inkişaf etdirmək

lazımdı! Inək qalmayıb, camış qalmayıb, qaçaq mal keçirirlər Irana!.. Süd tapılmır, qatıq yox!..

Qatıqsız Allahın yarpaq dolmasını da yemək olmur, belə müsibət olar?! Hə? Soruşuram da sənnən,

özü də dramaturq olmaq istəyirsən!.. Istəyirsən ki, bizim teatrda əsərin oynanılsın!.. hə?

M ü ə l l i f. Bəs...

Direktor (var-gəl edərək). Kül olsun başına KQB-nin!.. Elə adı varıymış!.. Amerikanın

şipyonu gəldi oldu Sekanın Baş katibi, sonra da satdı partiyanı bir keçi qiymətinə!..

M ü ə l l i f. Bəs...

Baş rejissor. Nə bəs? Inəyin əti də çox olur!

Müəllif. Bəs Gülzar o boyda buzovları neçə qucağına alsın?

Baş rejissor. Əşşi!.. Gülzarın qucağı bəyəm vağzal bufetidi? Elə gərək nəsə alsın qucağına?!

Dinc otura bilmir Gülzar? Qoy sağıcı olsun! Süd tapılmır indi, qoy süd sağsın! Sənin heç

vətəndaşlığın yoxdu e!..

M ü ə l l i f. Mənim istedadım...

Baş rejissor (onun sözünü kəsərək). Nə mənim istedadım?! Millətin bu ac vaxtında sənin

istedadın ətin, südün əleyhinədi?

M ü ə l l i f (tələsik). Xeyr! Xeyr!

Baş rejissor. Bəs onda nə deyirsən?

K a t i b ə. O-o-oy!.. O da trusikdə?!

M ü ə l l i f. Axı əvvəlcə sağıcı idi!..

Baş rejissor. Kim?

M ü ə l l i f. Gülzar! Siz dediz ki, sağıcı day moddan düşüb!..

Baş rejissor. Mən?

M ü ə l l i f. Hə. Dediz ki, totalitar rejimdən miras qalıb, sosializm-realizmindən...

Baş rejissor. Nə vaxt dedim, a kişi?

Müəllif. Keçən həftə!.. Restoranda... Dediz ki, mən gərək yenilik gətirim səhnəyə!.. Mən də

gətirdim də!..

Baş rejissor (acıqlı). Yaxşı! Yaxşı!.. Nə deyirik, elə də, elə!.. Biz sənətin yolunda can

qoymuşuq!.. Teatrdı e, bu, teatr! (Ayağa qalxır.) Başa düşdün?! (Qışqırır.) Teatr!

Xorun üzvləri yenə də bir göz qırpımında səhnəyə səpələnir.

Nəqərat.

Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

- Rus, fransız, yaponam!..

- Başdan papaq qapanam!..

- Gah gözələm, gah kifir!..

189

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!