16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Aman topçu gopundan!..

- Oğul deyərəm sənə,

Bir şey anlasan əgər

Artistlərin gapından!

- Hər ağzıyla quş tutan

Cəngavər deyil hələ!..

Yaxanı vermir ələ!

- Dünənki baş bişirən

Bu gün bir başqa zatdır!..

Nəqərat. Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

-O-o-o!.. Budur, gəlir Skapen,

Etika professoru!

- Fiqaro filosofdur!..

- Balaş olub kələkbaz!..

- Paho!.. Hamlet - başı daz!

- Qoçu Əsgər tamada!..

- Qalxa bilmir Kral Lir,

Yıxılıbdı dalanda!..

Emiliya tum satır!..

- Bax, Sezar minib qatır!

Nəqərat. Teatr!.. Teatr!..

Teatr!.. Teatr!..

İ ş ı q s ö n ü r

ON İKİNCİ ŞƏKİL

Təbiətin gözəl bir guşəsi S i l v a n a, D a y ı. Ikisi də o gözəl guşədə gəzişir, hərdən ayaq saxlayır, hiss-həyəcan

lap kəllə-çarxa vurur, sonra yenə gəzişirlər.

S i l v a n a (həyəcanlı). Mən sizə deməliyəm... Bəli, deməliyəm... Mənim... Mənim yaşım

qırxı keçib...

D a y ı. Mənim üçün bunun heç bir mənası yoxdu!.. Sizin yaşınız səksəni də keçə bilər...

S i l v a n a. Nə?

D a y ı. Bəli! Doxsan da, yüz də ola bilər! Amma sevən bir qəlb üçün bunun fərqi varmı?

Silvana. Ah!.. Onda mən sizə həqiqəti deməliyəm! Onsuz da siz bunu biləcəksiniz! Kəbinə

gedəndə pasportlarımızı göstərməliyik! Ah, totalitar rejim!.. Pasport sosializmin qoyub getdiyi ən

iyrənc bir yadigardır! Dünyanın heç bir mədəni ölkəsində belə şey yoxdu! Bu biabırçılıqdı!

D a y ı. Əsəbiləşməyin.

S i l v a n a. Yox, mən deməliyəm!.. Mən həqiqəti sizə deməliyəm... Mənim yaşım... mənim

yaşım əllini keçib...

D a y ı. Mən söz verirəm ki, heç vaxt sizin pasportunuza baxmayacağam!

S i l v a n a. Ah!.. Siz əsl rıtsarsınız!.. Ancaq... Ancaq mənim bir oğlum var... Tale məni

aldatmışdı... Mənim məsum gəncliyim bir aferistin qurbanı oldu... Kommunist idi! O faciəli

aldanışdan mənə bir oğul qaldı...

D a y ı. Mən də onun atası!

S i l v a n a. O-o-o!... Siz insan deyilsiniz, siz müqəddəssiz!.. Ancaq... mənim nəvəm də var...

Siz yəqin daha məni sevməyəcəksiniz!..

D a y ı. Necə? Nəvəniz var?

206

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!