16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

ÜÇÜNCÜ ŞƏKİL

M ə r y ə m.

Səhra.

Güclü külək əsir, səhnənin işıqları dəyişir, küləksovuranlar səhnənin pərdələrini oynadır, külək ot tayasını

dağıdır, samanlar uçur, Məryəm səhrada qaçır, yıxılır, durur, yenə qaçır, yaxası, ətəyi cırılır. Isti qum onun

ayaqlarını yandırır, o susuzluqdan yanır, səhra isə bitmək bilmir, birdən o bu küləyin içində nəsə hərarətli bir

nəfəs hiss edir və bu nəfəs, elə bil ki, onu bir az sakitləşdirir. Birdən səhnənin ortasında su qaynamağa başlayır və

Məryəm su içmək istəyir, amma içə bilmir, Məryəmin qarnından sancılar tutur, o, yerə yıxılır, çırpınır və birdən

çağa səsi gəlir və o çağa səsi küləyin səsini üstələyir. Məryəm rahatlaşır, qışqıran çağaya baxır, çağanın isə üzü

şüa saçır, sonra çağa da sakitləşir.

Pauza.

Birdən çağa yenə də qışqırır və güclü külək Məryəmi yerindən kənara tullayır. Külək yatır, sakitlikdir.

İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL

M ə r y ə m, K e ş i ş, D a n ı ş a n.

Gəncə. Keşişin evi.

Məryəm yarıqaranlıq otaqlarında hövlnak yuxudan oyanır.

K e ş i ş (həyəcanla). Qızım, Məryəm, nə olub?

M ə r y ə m. Məryəm ananı yuxuda görürdüm, ata...

K e ş i ş. Sən ananı yuxuda görmüsən, qızım..

M ə r y ə m. Bəs... bəs su?...

K e ş i ş. Su yuxuda aydınlıqdır...

M ə r y ə m. Bəs... bəs... çağa?..

K e ş i ş. Xaç çevir, qızım... Belə günah işlətmək olmaz...

D a n ı ş a n. Baba keşiş demək istədi ki, o çağa da sən özün olmusan, amma demədi, özü-öz

fikrindən hürkdü, çünki dünyada da, fikrində də, xəyalda da, ikinci Isa ola bilməzdi və belə bir

günah işlətmək olmazdı...

İ ş ı q s ö n ü r.

BEŞİNCİ ŞƏKİL

D a n ı ş a n, Z i y a d x a n, Q ə m ə r b a n u.

Gəncə. Ziyad xanın otağı. Ziyad xan namaz qılır.

D a n ı ş a n. Allahın qarşısında Qəmərbanunun günahları çox idi və Qəmərbanu bütün bu

günah işləri Mahmuda görə tutmuşdu. Və get-gedə Qəmərbanunun ürəyini başqa bir qorxu

bürüyürdü: Mahmudda ki, bu qədər təmizlik, bu qədər paklıq var, onun yolunda işlənmiş bu qədər

günahdan sonra, Mahmud xoşbəxt ola bilməyəcəkdi... Mahmudun təmizliyi qoymayacaqdı ki,

Mahmud başqasının hesabına xoşbəxt olsun.

309

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!