16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

P r o f e s s o r (boğazında qalmış həbi udmağa çalışaraq). O qayıtmalıdı!.. Mütləq

qayıtmalıdı!.. O... o xəstəxanada öz kamerasında... e-e-e... öz palatasında olmalıdı! Nə olur-olsun,

biz onu tapmalıyıq! Yer də dağılsa, göy də dağılsa, biz onu tapmalıyıq! Bu xalqın qarşısında,

dövlətin, hökumətin qarşısında bizim borcumuzdu!.. Bəşəriyyətin, bəli, bəli, bəşəriyyətin qarşısında

bizim borcumuzdu!.. O mənim ən ağıllı dəlim idi, ancaq müalicəsi yarımçıq qaldı... Indi o cəmiyyət

üçün çox təhlükəlidi!.. O-o-o!.. Indi o insanlığın başına nə oyunlar aça bilər! Bunu bir mən bilirəm,

yaxşı bilirəm!.. O-o-o!..

Ş ə f q ə t b a c ı s ı. Darıxmayın, Professor! Özünüzü üzməyin! O mütləq tapılacaq! Iynə

deyil ki, yerə düşüb itsin?! Dəlidi! Mütləq tapılacaq!

P r o f e s s o r. Çətin olacaq! Çox çətin olacaq! O çox bicdir!

Ş ə f q ə t b a c ı s ı. Polisə xəbər vermişik!

P r o f e s s o r. Aldadacaq! Onun üçün polisi aldatmağa nə var ki!? Onun üçün saxta pasport

düzəltmək, yarım stəkan su içmək kimi bir şeydi! O indi çox təhlükəlidi! Çox! Çox hiyləgərdi! Çox!

O, hətta, müxalifəti də aldada bilər!

Ş ə f q ə t b a c ı s ı. Televiziya ilə elan verərik.

P r o f e s s o r. Bu da kömək etməyəcək! Sifətini dəyişmək onun əlində heç nədi! Mən ancaq

özümüzə inanıram! Mən bilirəm o haralara gedə bilər! Biz özümüz, biz özümüz axtarıb onu

tapmalıyıq!

Ş ə f q ə t b a c ı s ı. Əlbəttə! Lap yaxşı! Nə deyirsiniz, edək! Ancaq siz sakit olun! Xahiş

edirəm!

P r o f e s s o r. Siz mənə söz verirsinizmi?

Ş ə f q ə t b a c ı s ı. Əlbəttə, Professor!

P r o f e s s o r. Biz onu bir yerdə axtaracağıq!

Ş ə f q ə t b a c ı s ı. Əlbəttə!

P r o f e s s o r. Söz verirsiniz?

Ş ə f q ə t b a c ı s ı. Söz verirəm, Professor! Söz verirəm! Mən həmişə sizinlə olacağam!

İ ş ı q s ö n ü r.

BİRİNCİ ŞƏKİL

Redaksiya otağı. Baş redaktor, Məsul katib,

Siyasi icmalçı, Şöbə müdiri, Panteleymon

P o l i k a r p o v i ç, Ə d ə b i i ş ç i, K a t i b ə.

Qaranlıqda çaxnaşma, səs-küy:

– Qoymayın!..

– Şalvarının balağından yapış!

– Oy!..

– Burax şalvarımı!..

– Vay!..

– Əlvida!.. Əlvida, gözəl insanlar!..

Işıq yanır. Ədəbi işçi mizin üstünə qoyduğu kürsüyə qalxıb,

boğazını çilçıraqdan sallanmış kəndirin halqasina keçirərək

özünü asmaq istəyir. Redaksiya işçiləri onu əhatəyə alıb.

219

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!