16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə l ə k b ə r. Axı, mən şofer olmaq istəyirəm! «Polutorka» sürmək istəyirəm. Mənim də

maşınım dalanımızın qabağında dayansın, Cəfərin maşını kimi, Əbdüləlinin, Adilin, Cəbrayılın,

Ağarəhimin maşınları kimi...

Q o c a. Yox, Ələkbər, mən bilirəm sən böyüyəndə kim olacaqsan...

Ə l ə k b ə r. Kim?

Q o c a. Sən yazıçı olacaqsan, kitab yazacaqsan.

Ə l ə k b ə r. Mən?

Q o c a. Hə. Qoy bizim mələdən də bir kitabyazan olsun də!..

Ədilə evdən çıxıb həyətdəki zivədən paltar yığır. Qoca ona baxır. Ələkbər də həm Qocaya, həm də Ədiləyə baxır.

Balakərim tütək çalır.

X a n ı m x a l a n ı n s ə s i. Ələkbər, gəl, iynəni sapla! Yenə bu şoğəribi saplaya bilmirəm!

Q o c a. Ələkbər, axşam səni sirkə aparacağam.

Xanım arvad pilləkənin artırmasına çıxır. Qoca ilə Ədiləni görür. Ədilə tez evə gedir.

Q o c a. Sirkə getmək istəyirsən?.. Biz sənnən dostuq də, hə?

Ə l ə k b ə r. Hə!

Q o c a. Dilimiz bir, sirrimiz bir! Hə?

Ə l ə k b ə r. Hə!

Xanım arvad evə keçir.

Bayaqdan səhnənin bir kənarında oturub tum çırtlaya-çırtlaya

söhbət edən arvadlar Ədilənin ardınca baxır.

S ə f u r ə x a l a. Allaha and olsun ki, mən Səfurə, bu çağacan Ədilə gözəlliyində, onu görüm

yanmasın, qız xeylağı görməmişəm!.. Ağıl deyirsən, bunda! Həya deyirsən, bunda! Xanımın bu

doxtur oğluynan da ki, Leyli-Məcnundular!

F i r u z ə x a l a. Ağəz, bilmirsüz bəyəm ki, Xanım arvadda dəvə kini var?! Qoyar bəyəm ki,

oğlu gedib Fatmanın qızını gəlin gətirsin evə? Yaduvuzda döyül, rəhmətlik Abuzər, Xanımın

qərdeşi, bir vaxtlar Ədilənin anası Fatmaya aşiq idi. Fatma da Abuzəri bəyənmədi! Papaqçı Əbülfətə

ərə getdi.

S ə f u r ə x a l a. Qaragün Fatma, güya ki, bir ağ günə çıxıb, Abuzəri bəyənməyib, papaqçı

Əbülfətə ərə gedib!

F i r u z ə x a l a. Əbülfət qaragün də neyləsin?! Gecə-gündüz papaq tikib o qaragün qızları

dolandırır də...

M ə ş ə d i x a n ı m. Dedilər ki, ay Məcnun, ay başuva dönək sənün, bu Leyli qapqara kifirin

biridi, nə görmüsən bunda ki, aşıq olmusan buna? Məcnun bilirsüz nə cavab verdi, ağəz?! Məcnun

dedi ki, siz Leyliyə mənim gözümnən baxun... Abuzər boylu-buxunluydu. Allah Qocanın canını

salamat eləsin, elə Qoca kimi şəkil bir oğlan idi. Ancaq Fatma qaragünün gözü Əbülfəti seçdi,

Abuzəri seçmədi də... Çünki, bu qaragün başıküllü Fatma Əbülfətə baxdı Məcnunun gözüynən...

Olan oldu, keçən keçdi də, ağəz, Xanım nə istəyir day bu biçarə uşaqdan?! Bax, mən ölü, siz diri,

görərsüz, Xanımın oğlanlarına kim gəlsə, vay halına! Ağəz, Xanımda cəllad ürəyi var...

S ə f u r ə x a l a. Vallah, Xanımdan ürəyi yumşaq adam yoxdu... Tanımırsuz siz onu...

Səhnə qaranlıqlaşır. Işıq yalnız Ələkbərgilin evinə düşür.

347

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!