16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Eynşteyn. Əhməd bəylə biz qardaşıq!

Ə s ə d u l l a. Əhsən! (Kənara) Belə qabiliyyətli olmasaydı, SEKA-da instruktor işləməzdi

ki!.. (Bərkdən) O biri otaqda stol bizi gözləyir. Səhərəcən yeyib-içəcəyik!..

F i r ə n g i z x a n ı m. Buyurun!

Ə h m ə d b ə y. Yok! yok! Yemək yok!

Ə s ə d u l l a. Necə yox? Sənin kimi əziz qonaq gəlib evimizə! (Eynşteynə) Malades! Sənə bir

dənə saroçka alaciyəm!

E y n ş t e y n (utana-utana). Çox sağ olun, Əsədulla məllim. (Başını aşağı salır.)

Ə s ə d u l l a. Keçək o biri otağa!

Ə h m ə d b ə y. Yok, müsyö... Təşəkkür!.. Mersi!..

Ə s ə d u l l a. A kişi, sən nə danışırsan?! Elə-belə yemək yox e! (Ruh yüksəkliyi ilə) Osetrina!

Ə h m ə d b ə y. Yok!.. Təşəkkür!..

Ə s ə d u l l a (daha artıq bir ruh yüksəkliyi ilə). Hinduşka ciyəri!.. Dəvə qutabı! (Əhməd bəyə

ağzını açmağa macal vermədən) Motal pendiri! Təndir kütümü! Qırqovul! Turac! Forel!

Əhməd bəy(gülümsəyərək). Mersi, müsyö, mersi... (Özünü göstərir.) Tələsmək. Vaxt beş

dəqiqə! Opera!

Ə s ə d u l l a (təəccüblə). Nə opera?

Əhməd bəy(özünü göstərir). O opera (Saatını göstərir.) Beş dəqiqə vaxt!

Ə s ə d u l l a (Eynşteynə). Bu nə danışır, alə?

E y n ş t e y n. Bilet alıb, operaya gedəcək.

Ə s ə d u l l a (sidq ürəkdən təəccüb edərək). Içi ləvəngi təndir kütümünü burda qoyub operaya

gedəcək?

Ə h m ə d b ə y. Bəli! Bəli! Opera! O (özünü göstərir) opera getmək!..

Ə s ə d u l l a (fikirli). Plov... Dolma...

Firəngiz xanım (Əhməd bəyə). Fransada dolma bişirirlər?

Əhməd bəy(özünü göstərərək). O... dolma bildi yok, madam...

F i r ə n g i z x a n ı m (Əsədullaya). Nə deyir bu?

Ə s ə d u l l a (hirslənir). Mən fransızca bilirəm? (Əhməd bəyə) Axı, belə olmaz!..

Əhməd bəy(əlini sinəsinə qoyur). Vallah, müsyö!.. Opera... Təşəkkür!.. (Özünü göstərir.) O

yedi! Çok yedi!.. Burada hamı çok yeyir! Çok!.. Indi opera!..

Ə s ə d u l l a (Əhməd bəyi təpədən-dırnağacan diqqətlə süzür). Başa bax ha!.. (Qəflətən atılıb

Əhməd bəyi bağrına basır.) Əsl mənim adamımsan! Mənə elə sənin kimi adam lazımdı də! (Əhməd

bəyi öpür.) Mən də sənin kimiyəm də! Mən də sənət aşiqiyəm! (Əhməd bəyi göstərərək, mütəəssir)

Elə bil öz cavanlığımdı, durub qabağımda!..

Əhməd bəy Əsədullanın qollarının arasından güclə çıxıb saatına baxa-baxa üz-gözünü silir. Əsədulla fəxrlə Əhməd bəyə

tamaşa edir.

Ə s ə d u l l a. Evlənmək istəyirsən, hə?

Ə h m ə d b ə y. Bəli! (Özünü göstərir.) O evlənmək!.. Azərbaycanlı qız evlənmək! Fransız

yok!..

E y n ş t e y n. Deyir ki, mən gərək azəri qızı alım, fransız qızı almaram ömrümdə!

Ə s ə d u l l a. Ay bərəkallah! Malades! Oğul buna deyərlər e! Əsl vətən oğludu! Qoy bir səni

öpüm!

Əhməd bəy(qorxu ilə kənara qaçır). Yok, müsyö!.. Yok!.. Yok!..

Ə s ə d u l l a. Gör nə tərbiyəlidi! (Eynşteynə) Day sizün tayuvuz döyül e! Üzüvüzdə abır-həya

qalmayıb! Sürtülmüsüz padoş kimi!

Eynşteyn pərt olub başını aşağı sallayır və gözünü dikir döşəməyə.

141

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!