16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S ə k i n ə x a n ı m. Buyurun içəri, həkim...

Addım səsləri.

D o k t o r M a h m u d b ə y. Salaməleyküm, Kərbəlayi Muxtar, axşamınız xeyir.

Pauza.

M ə l e y k ə x a n ı m. Ata, doktor Mahmud bəy gəlib.

Pauza.

D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar, nə olub sizə?.. Heç nədən çəkinməyin. Bu

saat müayinə edərik sizi, hər şey düşər qaydasına.

S ə k i n ə x a n ı m. Allah sizdən razı olsun, həkim.

K ə r b ə l a y i M u x t a r (bərkdən). Yox!..

D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar...

K ə r b ə l a y i M u x t a r (bərkdən qışqırır). Yo-ox!..

M ə l e y k ə x a n ı m (həyəcanla). Ata!..

K ə r b ə l a y i M u x t a r. Yo-ox!..

D o k t o r M a h m u d b ə y. Kərbəlayi Muxtar, siz uşaq deyilsiniz ki, həkimdən qorxursunuz!

Ikicə dəqiqə müayinə edəcəyəm sizi, vəssalam. Yorğanı aşağı çəkin.

K ə r b ə l a y i M u x t a r. Yo-x-ox!..

S ə k i n ə x a n ı m. Kəbleyi...

K ə r b ə l a y i M u x t a r. Yo-ox!.. Yo-ox!..

D o k t o r M a h m u d b ə y. Ikicə dəqiqə çəkəcək...

K ə r b ə l a y i M u x t a r (daha da bərkdən qışqırır). Va-a-ay!..

M ə l e y k ə x a n ı m. Ata!..

S ə k i n ə x a n ı m. Kəbleyi!..

K ə r b ə l a y i M u x t a r. Va-ay! Va-ay!..

D o k t o r M a h m u d b ə y. Yox, belə mümkün deyil.

M ə l e y k ə x a n ı m. Bəs, necə olsun, doktor?

S ə k i n ə x a n ı m. Kişi əldən gedir, həkim...

D o k t o r M a h m u d b ə y. Bu cür müayinə etmək mümkün deyil, xanım. Xəstə çox

həyəcanlıdır, həddən ziyadə.

S ə k i n ə x a n ı m. Keçək o biri otağa?

D o k t o r M a h m u d b ə y. Buyurun...

Səkinə xanımla Məleykə xanım

hıçqıra-hıçqıra ağlayırlar.

Addım səsləri.

S ə k i n ə x a n ı m. Necə olacaq, həkim?

D o k t o r M a h m u d b ə y. Xəstənin əsəbləri çox pozulub, xanım.

S ə k i n ə x a n ı m. Özü də qızdırma içindədir, sifəti dəyişib tamam... Gözləri də birtəhər olub,

həkim, gördünüz gözlərini?..

D o k t o r M a h m u d b ə y. Elədir, görkəmi çox pisdir. Ancaq müayinə etdikdən sonra bir

kömək göstərmək mümkündür.

5

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!