16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

I s g ə n d ə r z a d ə. Məndə Leninin «Inikas nəzəriyyəsi» ilə bağlı şübhələr əmələ gəlib.

Gülər xanım. Nə?

I s g ə n d ə r z a d ə. Leninin «Inikas nəzəriyyəsi»nə deyir? (Ayaq saxlayır.) Insan şüurlu

maddi aləmin əksidir! Iliç belə deyir. (Yenə var-gəl edir.) Onda, bəs, maddi aləmin özünü kim

yaradır? Insan şüuru yaratmırmı? Təfəkkür həmişə varlıqla, insanların həyat şəraiti ilə bağlı

olmuşdur. Bəli, belədir! Lakin təfəkkür, eyni zamanda, həyat şəraitinin yüksəlməsi üçün madditexniki

baza yaratmamalıdırmı? Hə?

Pauza.

Gülər xanım(qızlara). Bu barədə heç kimə heç nə deməyin ha!..

Gülbəniz. Mən onsuz da papanın dediklərindən heç nə başa düşmürəm!

Nurbəniz. Ya toje!

Gülbəniz. Oy!.. Tort kakoy vkusnıy bıl!..

Nurbəniz. Amma mənim xoşuma gəlmədi!

G ü l b ə n i z. Çuşkasan da, ona görə!

N u r b ə n i z. Çuşka özünsən!

Gülər xanım. Bəsdirin! Eh!.. Dünya yaman dəyişdi!.. (Qızları göstərir.) Bunnarı istəyənlərin,

sifariş göndərənlərin, eyham vuranların, telefon eləyənlərin əlindən yer tapa bilmirdik! Oturub birbir

seçirdik ki, qızları hansı istəyənlərə verək? Onun papası kimdi, bunun maması kimdi?.. Day

demirdik ki, görəsi günlərimiz varıymış!.. O mitinqlər başlayandan sonra ki, bu vurhavur araya

düşdü, elə bil, o elçilər də dənizdə batıb boğuldular! Indi səsləri də çıxmır. Oturub gözləyirlər ki,

SEKA-nın axırı nə olacaq?.. Qorbaçovu görüm... (Söz tapmır.) Qorbaçovu görüm... Qorbaçovu

görüm tramvay altında qalsın!..

G ü l b ə n n z. Oy, kakoy ujas!

G ü l ə r x a n ı m. Mənə deyən lazım, nə tramvay, ay axmaq? Özü indi necə maşında gəzir,

arvadıyla aradan çıxıb yenə elə maşında gəzəcək!

Nurbəniz Deyirlər Amerikaya qaçacaq! Kaşu zavaril da!..

Gülbəniz. Ağlı olsa, Şvesariyaya qaçar!

Gülər xanım(qızlara). Başqa yerdə ağzınızdan söz qaçırmayasız ha!

G ü l b ə n i z. Oçen nujno!

Nurbəniz Day demə!

I s g ə n d ə r z a d ə. Ah, Lenin!.. Lenin!..

Gülər xanım. Nə Lenin, hə?! Nə Lenin? Sən öz dərdini çək! Bizim dərdimizi çək! Ode, camaat

yenə toplaşmışdı Ali Sovetin qabağına! «Is-te-fa!», «Is-te-fa!» Tramvay bizi gözləyir e, bizi!

Maşında gəzməyimiz day getdi işinə!

Pauza.

Gülbəniz. Onda mən heç vaxt evdən çıxmayacam!

Nurbəniz. Koneçno! Mən də! Tramvay... yox bir, traktor!

Gülər xanım. Ağzınız isti yerdədi sizin!

Pauza.

I s g ə n d ə r z a d ə (var-gəl edə-edə). Görəsən, onda bizim yazıq şofer Əbdüləlinin işləri

necə olacaq?

136

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!