16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Professor və onun arxasından da Şəfqət bacısı boylanaraq bir-bir redaksiya işçilərinə yaxınlaşıb diqqətlə onların

sifətlərinə baxırlar.

P r o f e s s o r. Yox... Deyəsən, tale bu dəfə də üzünü məndən çevirir...

Ş ə f q ə t b a c ı s ı. Yalvarıram sizə, Professor!.. Siz özünüzü qorumalısınız!.. Heç olmasa,

bizim üçün, professor, bizim üçün qorumalısız!..

P r o f e s s o r. Axı...

Şəfqət bacısı tələsik çantasından həb çıxarır və Professor həbi görən kimi, yenə də qaçmaq istəyir, amma Şəfqət

bacısı ona macal vermir və həbi zorla Professorun ağzına basır.

M ə s u l k a t i b (Şəfqət bacısına). Siz nə edirsiz? Insan haqlarını pozmaq olmaz! Indi daha

mənfur sovet dövrü deyil! Indi demokratiyadır!

Amma Professor artıq həbi udub və yenə də ən sevimli dəlisini tapmaq həsrətindədi, buna görə də diqqətlə Ədəbi

işçiyə baxır.

Ə d ə b i i ş ç i. Bu nədi belə? Siz kimsiz?

Professor barmağı ilə onun çənəsini yuxarı qaldırır və daha artıq bir zəndlə baxır. Şəfqət bacısı da Professorun

baxışlarını, hərəkətlərini təkrar edir.

Ə d ə b i i ş ç i. Nə üçün mənə belə baxırsız?

P r o f e s s o r. Çünki o sifətini dəyişə bilər! O-o-o!.. Ondan nə desən gözləmək olar! O

sənətkardır! Çox böyük sənətkardır!

Ş ə f q ə t b a c ı s ı. Bəli! Elədir, Professor!..

Siyasi icmalçı(öz-özünə). Məsələ tamam aydındır!.. Axmaqlar, elə bilirlər mən bunlara

inanacağam... Guya ki, mən bilmirəm bunları kim göndərib bura?! (Tamaşaçılara) Axı, bunları

xüsusi məndən ötrü bura göndəriblər! Bu ağ xalat, nə bilim, Professor, Şəfqət bacısı, hamısı

masqaraddı! Masqarad!..

Ə d ə b i i ş ç i. Aha!.. Tapmışam! Tapmışam! Sizi mənim qaynanam bura göndərib! Hə?

(Masanın üstündəki kağızları qamarlayıb sinəsinə sıxır.) Siz mənim məhəbbət dastanımı oğurlamaq

istəyirsiniz! Hə?

Ş ə f q ə t b a c ı s ı. Xeyr!.. Xeyr!.. Nə qaynana? Nə məhəbbət dastanı? Siz heç bilirsiz ki,

kimlə danışırsız?

M ə s u l k a t i b. O-o-o!.. Professor!.. Əlbəttə, biz onu tanıyırıq!.. Tibb elmimizin fəxri!

Dünyaca şöhrətli alimimiz!.. Nyu-York Akademiyasının həqiqi üzvü!.. Şanxay üniversitetinin fəxri

doktoru!.. Mozambikdə onun şəklini təqvimdə çap eləyiblər! Necə ki?! Tanıyırıq!.. Tanıyırıq!..

Xeyir ola, Professor?

P r o f e s s o r. Mənim ən ağıllı dəlim klinikadan qaçıb! Biz üç aydır onu axtarırıq! Ancaq

tapa bilmirik!

Ş ə f q ə t b a c ı s ı (tələsik). Ancaq tapacağıq!

S i y a s i i c m a l ç ı (öz-özünə). Gözlə!.. O saat inandıq! (Gülümsəyir.) Köhnə ssenaridi!..

Ancaq biz daha susmayacağıq! Armud yetişib!

P r o f e s s o r. Of-f-f!.. Məndə daha taqət qalmayıb!

Ş ə f q ə t b a c ı s ı. Professor! Professor, yalvarıram sizə!..

P a n t e l e y m o n P o l i k a r p o v i ç (diqqətlə Şəfqət bacısına baxır). Bu manim

pokoynaya Şarabanu xanum çok okşadı... Manin arvadı bıvşi xayatda, Tavrizda... Neujeli eto ona?

(Bərkdən Şəfqət bacısını çağırır.) Şarabanu!..

Ş ə f q ə t b a c ı s ı. Çto?

243

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!