16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Gülər xanım. Ay-hay!.. Sən şoferivin yox e, bizim, bizim dərdimizi çək! Əbdüləliyə nə var?

Indi yoldaş Isgəndərzadəni gəzdirir, sabah işlər dəyişsə, başqa bir Isgəndərzadə bəyi gəzdirəcək!

Dayanır qapının ağzında, yazıq, baxır mənə!.. Gözləriylə elə baxır, elə bil, iraq olsun, buzovu ölmüş

inək gözləridi!.. Nə verim ona? Ode, o qonşumuz Əsədulla deyiləm ki!.. Spesmağazanı da

bağladılar! Kül başına Kryuçkovun! KQB-nin elə adı varıymış!.. Bir dənə Allahın Qorbaçovunu

yığışdıra bilmədilər! (Qızlara) Siz başqa yerdə bir söz deyib-eləməyin ha!

Gülbəniz. E-e-e!..

Nurbəniz. Toje mne!

Gülər xanım. Vaxtında sənə çox dedim! Ode, indi Mirizadəgildən gəlirik. O da sənin kimi

SEKA-da işləyir də! Evinə top vursan, dağılmaz! Çox dedim sənə ki, özünü də fikirləş! Səhərdən

axşamacan iclas! Partiya! Lenin!

I s g ə n d ə r z a d ə (ayaq saxlayıb, dəruni bir pərişanlıqla). Görəsən, doğrudanmı partiyanın

axırı çatıb?

G ü l ə r x a n ı m. Heç əvvəli varıydı ki?! Eh!.. Mənim başıma o qədər iş açmısan ki!..

Yadına gəlir? Təzə nişanlanmışdıq, birinci dəfə kinoya getmişdik sənnən, məni yarımçıq çıxartdın

ki, partiya iclasına gecikirsən...

Gülbəniz Kakoy ujas.

Nurbəniz Kaşmar!

Pauza.

I s g ə n d ə r z a d ə (var-gəl edə-edə). Knipoviç Leninə məlumat vermişdi ki, iskraçılar

Bakıda gizli mətbəə yaradıb «Iskra»nı nəşr eləmək fikrindədirlər. Bilirsən Lenin Knipoviçə nə

yazmışdı?

Gülər xanım. Mən nə bilim?

I s g ə n d ə r z a d ə. Lenin yazmışdı ki, Yoldaş Knipoviç, «siz Rusiyada «Iskra»nı necə təşkil

etmək fikrindəsiniz?».

Pauza.

Gülər xanım. Hə, nə olsun?

I s g ə n d ə r z a d ə. Nə olsun? O olsun ki, bu adi sual deyil! Indi biz bu sualı özümüzə

verməliyik!

Gülər xanım. A kişi! Indi camaat partbiletini yandırır! Yandırmayan da gizlədir ki, görən

olmasın! Aləm dəyib bir-birinə! Mitinqlərin əlindən küçəyə çıxmaq olmur! Özün işə gedəndə

gizlincə SEKA-nın dal qapısından içəri girirsən! Indi hamı canının hayındadı ki, nə olacaq? Necə

olacaq? Sən də bu vurhavurda Bakıda təzədən «Iskra» nəşr etmək istəyirsən?

I s g ə n d ə r z a d ə. Yox, o mənada yox... Biz indi Leninin sualını bir az dəyişib özümüzə

verməliyik!

Gülər xanım (əllərini göyə qaldırır). Allah, sənə min şükür! Bu da Leninin sözlərini

dəyişərmiş!

G ü l b ə n i z. O-o-o!..

Nurbəniz. O-o-o!..

Gülər xanım (qızlara). Siz amma başqa yerdə ağzınızdan qaçırmayın!

G ü l b ə n i z. Padumayeş!

Nurbəniz. Komu eto interesno?

137

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!