16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Pauza.

S ə f u r ə x a l a. Allah yoldaş Stalinin canını sağ eləsin! Qurban olaq ona! Allah bizim

ömrümüzdən kəsib, onun ömrünə calasun!..

Kiçik pauza.

X a n ı m a r v a d. Ağəz, mən Muxtaram səninçün?

S ə f u r ə x a l a. Allah eləməsin!..

X a n ı m a r v a d. Onda bəs nöş belə sözlər deyirsən? Mən bəgəm bunu deyirəm?

S ə f u r ə x a l a. Allah eləməsin...

X a n ı m a r v a d. Bəs bu nə sözlərdi deyirsən?

S ə f u r ə x a l a (çiyinlərini çəkir). Mən nə bilim...

M ə ş ə d i x a n ı m (hiss olunur ki, araya söz qatır). Vallah, Muxtar yaxçı adamdı, kim nə

deyir, desin... Kubra qısırdı... Özü də o cürə xəstə, amma Muxtar atmır onu... Vallah Muxtarın

yerinə kim olsa... Gedib özünə başqa bir arvad alar, oğul-uşaq sahibi olar... Nolar qulaqları balaca

olanda?..

X a n ı m a r v a d (çımxırır). Yaxçıdı, pisdi, özü bilər, bizə nə? Sizün Muxtarın qulaqlarında

nə işivüz var, ağəz?

Pauza.

M ə ş ə d i x a n ı m. Elə ki, başa düşdün ki ya, boynunda uşaq var, gərək o saat gözüvü

yumasan. Əgər oğlan istəyirsənsə, gərək gözləyəsən ay çıxsın, gözüvü açıb, birinci gərək aya

baxasan, yox əgər ki, qız istəyirsən, onda gərək birinci günə baxasan.

X a n ı m a r v a d. Bəlkə, qışdı, bəlkə gün heç bir həftə çıxmıyıcek, onda bəs necə olsun?

Yaya qədər gözünü açmasın?

M ə ş ə d i x a n ı m. Həri!

X a n ı m a r v a d. Ağəz, vallah, sən get, ağluva dua yazdır. Yekə arvadsan, bu cür avam

sözlər danışıb, nöş camaatın başını doldurursan?!

F i r u z ə x a l a. Ələkbər, bala, bir stəkan su gətir içim.

Ələkbər çaydandan stəkana su tökmək istəyir.

S o n a (hövlnak). Tökmə çaynikdən, tökmə isti suyu yerə! Tökülər cinin üstünə, xataya

düşərik.

X a n ı m a r v a d. Ay aman, bunnar nöş bu günə düşüblər?.. Gör, necə sözlər danışır, uşağı

da qorxudur...

S o n a. Mən neyniyim, ay Xanım xala, camaat belə deyir də...

X a n ı m a r v a d. Camaat bəlkə başını divara vuracaq, sən də gərək vurasan başuvu divara?!

Pauza.

Yaxçı, mən getdim. (Ayağa qalxır.) Uşaqlar indi qeyidiceklər çörək yeməyə. (Evdən çıxır.)

M ə ş ə d i x a n ı m. Of-f-f!.. Ağəz, bu arvad döyül e, bir at arabası qurğuşundu! Ağəz, belə də

ağır adam olar? Vallah, bilmirsən, bunun yanında nə danışasan?..

351

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!