16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M ü ə l l i f. Nə?

Baş rejissor. A kişi, təbin bəyəm kor eləyib səni? Ağlına gəlməyib? Dəvə!

M ü ə l l i f. Axı, nə dəvə?

Katibə (telefon dəstəyinə). Va-a-ay!.. Lap lütəccə?!

B a ş r e j i s s o r. Dəvə də, dəvə! Tapmışam səninçün! Indi dəvəçiliyi inkişaf etdirmək

lazımdı! Azərbaycan indi müstəqil dövlət quruculuğuna qədəm qoyub! Indi qədimlərdən gələn

ənənələrimizi inkişaf elətdirmək lazımdı!..

M ü ə l l i f. Axı...

Baş rejissor (onu danışmağa qoymur). Nə axı?! Yetmiş ildə totalitar rejim dəvənin kökünü

kəsib Azərbaycanda! Axırıncı dəfə haçan yemisən dəvə qutabı?

M ü ə l l i f. Axı...

Baş rejissor. Hə!.. Axı... Çünki heç yadına gəlmir! Mən axırıncı dəfə Allah bilir, iyirmi il, otuz

il bunnan əvvəl yemişəm dəvə qutabı, indi də dadı damağımdadı! Bəli, dəvəçiliyi mütləq inkişaf

elətdirmək lazımdı!

M ü ə l l i f. Axı...

Baş rejissor. Yenə başladı «axı...» Sən niyə öz qədrini bilmirsən?! Bu əsl sənin mövzundu!

Gör heç Şekspirdə bir dənə qoyun var, inək var?! Ola bilməz! Bu bizə sosializm-realizmindən gəlib!

Dəvəçilik! Güləndam da elmi işçidi!..

M ü ə l l i f. Güləndam kimdi?

Baş rejissor. Sənin qəhrəmanın də!.. Buzovu öpürdü e...

M ü ə l l i f. Gülzar.

B a ş r e j i s s o r. Hə. Gülzar... Bura bax, bu Gülzar adı da birtəhərdir. Onu da dəyişdir, elə

Güləndam.

M ü ə l l i f (qəflətən protest eləyərək ayağa qalxır). Yox! Heç vaxt! Mən heç vaxt Gülzarın

adını dəyişməyəcəyəm! O... O mənim ilk məhəbbətimin adıdı! Sizdən xahiş edirəm ki...

B a ş r e j i s s or. Yaxşı, yaxşı, sadis, doroqoy! Mən nə bilim ki, sənin ilk məhəbbətin olub?

Müəllif yenidən oturur.

D i r e k t o r. Bəli, olum, ya ölüm!.. Nə olacaq bu işlərin axırı? Yəni bu Sovet hökuməti

doğrudan day qayıtmayacaq? Yəni Kommunist Partiyası da qurtardı? Politbüro olmayacaq day?

Vallah, adam fikirləşəndə, elə bilir yuxudu, qarabasmadı!.. Bu tərəfdən də bunlar birdən-birə bu

Əhməd söhbətini salıblar ortaya, bilmirəm niyə, amma heç xoşuma gəlmir. Nədisə dalağım sancır...

Baş rejissor. Qoy Gülzar olsun! Müəllifin hüququna toxunmaq olmaz! Bir tərəfdən də ilk

məhəbbət... (Qəflətən ağlına gəlir.) A zalım, elə ilk məhəbbətdən yaz də!.. Neynirsən bu heyvanları?

Müəllif (coşqun). Yox! O müqəddəs mövzudu! O hələ gələcəkdə yazılacaq! Mənim

qələmim...

Baş rejissor. Yaxşı, yaxşı! Deməli, belə!.. Gülzar elmi işçidir, özü də Xalq Cəbhəsinin

üzvüdü! Gecə-gündüz arxivlərdə işləyir! Dəvəçilik ənənələri uğrunda mübarizə aparır! Imperiya

qulları ona mane olmaq istəyirlər... Ancaq Gülzar onların üzərində qələbə çalır!

M ü ə l l i f. Bəs... Bəs Yadigar?

B a ş r e j i s s o r. Nə Yadigar?

M ü ə l l i f. Yadigar də... Gülzarın nişanlısı. O çobanıydı axı. Sonra oldu naxırçı...

Baş rejissor. Sən nə danışırsan, a kişi?! Heç yaraşar bizə? Indi çoban vaxtıdı? Nə deyərlər bizə

düşmənlərimiz? Nə deyərlər bizə beynəlxalq aləmdə? Türkiyədə nə deyərlər? Hə?

Müəllif (tamam çaşbaş qalıb). Vallah... siz məsələni elə qoyursuz ki... axı...

Baş rejissor. Professor! Yadigar professor olmalıdır! Özü də Milli Yaradıcılıq Akademiyasının

müxbir üzvü! Güləndam...

198

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!