16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ikinci artist (yavaşdan). Büdcə təəssübkeşi!..

Birinci aktrisa (yavaşdan). Tiqant!..

Direktor (onlara tərəf). Nə deyirsiz orda?

A r t i s t. Heç... Sizinlə deyilik...

Cənablar, ağırdır vəhşi adətim,

Dəyişib davada öz təbiətim...

D i r e k t o r. Uzun sözün, qısası, Smetamız Maliyyə Nazirliyindən yenə keçmədi. Maaş

fondunu azaltmaq lazımdı... Yenə bir nəfəri ixtisar etmək lazımdı...

Yaradıcı kollektivdən.

Pauza.

Pauza.

A r t i s t.

Kassio, növbədə intizam ara,

Ciddi nəzarət et qarovullara...

Katibə (telefon dəstəyinə). Bir dəqiqə dayan... (Dəstəyi mizin üstünə qoyur və Direktorun

kabinetinin örtülü qapısına yaxınlaşaraq əyilib açar deşiyindən baxır.)

Direktor. Buyurun! Fikrinizi söyləyin! (Bir-bir iclas iştirakçılarına baxır və əhli-teatr da birbir

gözünü ondan yayındırır.) Biz demokratik cəmiyyətə kollegial getməliyik! Hə? Bir nəfər ixtisar

olunmalıdı!

Pauza.

Fikrinizi deyin.

Katibə (açar deşiyindən baxa-baxa). O-o-o!.. (Tələsik gedib mizin üstündəki dəstəyi götürür.)

Bir az gözlə Vacib adam gəldi. Yox. Prezident aparatından! Gözlə! (Dəstəyi yenidən mizin üstünə

qoyub qapıya yaxınlaşır və əyilib açar deşiyindən baxır.)

D i r e k t o r. Eşidirəm sizi!

Baş rejissor(yavaşdan). Birinci ixtisar olunası adam elə sən özünsən!

K a t i b ə. Diliniz belə girər e, qarnınıza!

Pauza.

Pauza.

Direktor. Kollegial! Ancaq kollegial!.. Bayaq Sekadan... e-e-e... Prezident aparatından zəng

eləyəndə də elə belə dedim! Biz demokratik cəmiyyətə kollegial gedirik! Buyurun!

Silvana (qəfil bir ehtirasla). Xanımlar və bəylər! Biz, bax, bu adamdan teatrı xilas etməliyik!

(Barmağı ilə Əhmədi göstərir.) Istiqlalımız bizim üçün əzizdir! Biz bu cürə adamlara maaş verəverə

respublikamızın büdcəsinə zərbə vura bilmərik! Biz belə adamlara maaş verə-verə

düşmənlərimizin dəyirmanına su tökürük! Imperiya təzədən baş qaldırmaq istəyir, biz buna imkan

verə bilmərik!

K a t i b ə. Əhməd getdi!..

S i l v a n a. Mən demişəm, yenə deyəcəyəm! Onunla heç vaxt səhnəyə çıxmayacağam! O

Otello iddiasındadı!

176

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!