16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

M ə s u l k a t i b. Öləndən sonra!

B a ş r e d a k t o r (ayaq saxlayır). Nə? Öləndən sonra?

M ə s u l k a t i b. Bəli...

B a ş r e d a k t o r. Öləndən sonra nə düzələ bilər?

M ə s u l k a t i b. Hər şey! Oğlum, Baş redaktor, çətini ölənəcəndi, sonra hər şey düzələcək...

(Yavaşdan) Sizdən nə gizlədim... Elə mən də özümü öldürəcəyəm...

B a ş r e d a k t o r (təəccüblə). Siz özünüzü öldürəcəksiz?

M ə s u l k a t i b. Bəli. (Ədəbi işçiyə işarəylə) Amma belə yox e-e-e...

B a ş r e d a k t o r. Siz niyə özünüzü öldürürsiz?

M ə s u l k a t i b. Əşşi, ay oğlum, Baş redaktor, belə həyat olar, belə yaşamaq olar? Allahın

şirin çaxırını da day nisyə vermirlər! Pul yox, para yox, dolanmaq mümkün deyil... Evə gedib zəngi

basırsan, arvad-uşaq qapını açıb əvvəlcə əlivə baxırlar, sonra üzüvə... Yaşamağın mənası yoxdu...

B a ş r e d a k t o r (təsirlənmiş və narahat). Eybi yox... Siz dünyagörmüş adamsız... Həmişə

belə davam etməyəcək ki... Səbr edin!..

M ə s u l k a t i b. Vallah, day səbr edə bilmirəm!.. Yetmiş ildi səbr edə-edə gəlirəm...

Mümkün deyil daha!.. Əhmədə borcluyam, Məmmədə borcluyam, Həsənə borcluyam!.. Daha dözə

bilmirəm! (Dərindən ah çəkir.) Öldürəcəyəm özümü!

B a ş r e d a k t o r (ciblərini qurdalayıb bir şey tapmayaraq son dərəcə təsirlənmiş və

pərişan). Eybi yox, Allah kərimdi!..

M ə s u l k a t i b. Dərd burasındadı ki, Kərimə də borcluyam!..

Bəli! Kərimə də borcluyam!

Baş redaktor matı-qutu qurumuş halda ona baxır.

Bu vaxt işıq Katibənin üzərinə düşür və Katibə qollarını quş qanadı kimi yelləyə-yelləyə Baş redaktorla Məsul

katibin qarşısından keçib səhnədən çıxır.

B a ş r e d a k t o r. Bu niyə belə edir?

M ə s u l k a t i b. Allah bilir...

B a ş r e d a k t o r (özünü saxlaya bilməyib qışqıra-qışqıra). Boje moy!.. Boje moy!.. (Sürətli

addımlarla səhnədən çıxır.)

İ ş ı q s ö n ü r.

İKİNCİ ŞƏKİL

P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı.

Səhnə qaranlıqdır. Və qaranlıqda səslər.

P r o f e s s o r u n s ə s i. Yoxdur! Heç harada yoxdur!..

Ş ə f q ə t b a c ı s ı n ı n s ə s i. Darıxmayın, Professor! Darıxmayın!..

Irəlidə Professor və ardınca da Şəfqət bacısı sürətlə

səhnəyə daxil olurlar. Işıq yalnız onların üzərinə düşür.

P r o f e s s o r (təngnəfəs). Yox! Biz onu tapa bilməyəcəyik!..

Ş ə f q ə t b a c ı s ı (cidd-cəhdlə onu sakitləşdirmək istəyir). Taparıq!.. Taparıq!..

224

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!