16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Kiçik pauza.

Ə d i l ə (səhnə arxasından). Bəsdir daha.

X ə l i l (səhnə arxasından). Ax, sənin canını yeyim. Şəkər kimisən.

Ə d i l ə (səhnə arxasından). Bəsdir dedim...

X ə l i l (səhnə arxasından). Baş üstə, mamoçka, bəsdir deyirsən, baş üstə. Farslar deyib: kəmkəm

buxur, həmişə buxur.

Ə d i l ə (məhrəba ilə üzünü qurulaya-qurulaya səhnəyə daxil olur). Yenə gör neçə dəstə

şüyüd almısan.

X ə l i l (səhnə arxasından). Vitamin S-dir də, mamoçka, başdan-ayağa vitamin S-dir. Vitamin

S-nin də, bilirsən də, hər şeyə xeyri var. O məsələyə də yaman xeyri var, mamoçka, yaman. Səlim

deyirdi, sənə deməmişəm bəyəm?

Ə d i l ə (çit şirmanın arxasına keçərək paltarını dəyişə-dəyişə). O məsələ barədə üzüqara

deyilsən onsuz da...

X ə l i l (ağzında şüyüd yeyə-yeyə səhnəyə daxil olur). Ay sənə qurban olum, mamoçka. Qoy

hələ məzuniyyətə çıxıb kurorta gedək, dincəlim bir az... Onda görəcəksən ki, Xəlil necə xoruzdur.

D i k t o r. «Qaytağı». Klarnetdə çalır Şəmsi Imanov.

X ə l i l. Hər şeyi yerbəyer elədim mətbəxdə. Pomidor yaman bahadır: kilosu bir manat altmış

qəpiyə. Dünən Səlim deyirdi ki, bir manat əlli qəpiyə alıb kilosunu.

Ə d i l ə (şirmanın arxasından). Almadın?

X ə l i l. Aldım, mamoçka, yarım kilo aldım səninçün. Mən bir dənə yeyəcəyəm. Farslar

deyib: kəm-kəm buxur, həmişə buxur.

Ə d i l ə (şirmanın arxasından çıxır, geyinib). Mən getdim, Xəliluşka.

X ə l i l (təəccüblə). Hara?

Ə d i l ə. Işə də, necə hara?

X ə l i l (şalvarının «pistonçik»indən Nuh-Nəbidənqalma bir saat çıxarıb baxır). Hələ bir

saatdan çox qalıb ki, işin başlanmağına.

Ə d i l ə. Elə ancaq çataram.

X ə l i l. Niyə, ancaq çatarsan, mamoçka, on iki dəqiqəlik yoldur ki...

Ə d i l ə. Bu yol bezikdirib məni.

X ə l i l (başa düşmür). Necə yəni bezikdirib?

D i k t o r. Yenə Şəmsi Imanovun ifasında «Xançobanı» oyun havasına qulaq asın.

Ə d i l ə. Eyni küçə, eyni səki, eyni binalar; eyni tinlər, eyni tanış sifətlər: hər gün, hər gün...

Bu gün dövrə burub başqa küçələrlə gedəcəm işə.

Kiçik pauza.

X ə l i l. Yetmiş bir dənə lotereyamız var, mamoçka, ürəyimə damıb ki, maşın udacayıq. Onda

hər şey düzələr. Səlim deyir ki...

Ə d i l ə (onun sözünü yarımçıq kəsib, əlini yelləyir). Mən nə hayda, sən nə hayda...

Kiçik pauza.

X ə l i l. Mən deyirdim tez durmusan bu gün, oturub söhbət edərdik bir az... Heç sənə

deməmişəm, dünən Səlim mənim üstümdə mühasibə ağzından çıxanı dedi. Sənə demişdim də, zalım

oğlu mənim məzuniyyət pulumdan on iki manat çıxmaq istəyirdi... Hələ məzuniyyətimin vaxtı

gəlməyib, indidən.

Ə d i l ə (təngimiş). Sən Səlimin canı qurtar bu söhbətləri...

Kiçik pauza.

85

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!