16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

I s g ə n d ə r z a d ə. Xeyr! Xeyr! Mən təftişçi deyiləm! Mən... Mən tərəddüdlər keçirirəm...

Indi biz özümüzə sual verməliyik: «Biz Azərbaycanda həyatımızı necə təşkil etmək istəyirik?» Bax,

budur əsas məsələ! Bu mümkündürmü, hə? Ah, Lenin!.. Lenin!.. Axı, sən özün də Fransaya

getmişdin!..

Gülər xanım. Nə Fransa?

I s g ə n d ə r z a d ə. Məgər Vladimir Iliç Fransaya getməmişdi?

Gülər xanım. Mən nə bilim? Həmişə elə çətin suallar verirsən ki...

I s g ə n d ə r z a d ə. Bəli, getmişdi! Lafarqla və beynəlxalq fəhlə hərəkatının digər üzvləri ilə

Iliç məhz Fransada tanış olmuşdu!

Gülər xanım. Axı, nə olsun? Aləm dağılır, indi biz oturub təzədən Leninin tərcümeyi-halını

öyrənməliyik?

I s g ə n d ə r z a d ə. Məsələ belədir! Əhməd bəy Fransadan gəlib!

G ü l ə r x a n ı m. Bilirəm. Bizim həyətdəki o şofer Kərimgildə qalan oğlandı.

I s g ə n d ə r z a d ə. Bəli. Özü də milyonçudu! Düzdü, mən sinfi münasibətləri hələ

saxlamışam, lakin, hər halda, maraqlı faktdır. Əbdüləli bizim həyətdə nə olur, hamısını səhər işə

gedəndə maşında mənə xəbər verir. Bu Əhməd bəy də burada evlənmək istəyir.

G ü l ə r x a n ı m. Nə olsun axı?

I s g ə n d ə r z a d ə. Necə nə olsun, sluşi? O olsun ki... (Gəlib qızların qabaqında dayanır və

iki əlilə də Gülbənizi göstərir.) Bude, bu da gəlin!

Pauza.

Gülbəniz (bu gözlənilməz təklifdən sonra, özünə gələrək əllərini bir-birinə vurur). Oy, Fransa!

N u r b ə n i z (qışqırır). Niyə o olur gəlin? Niyə mən yox?

I s g ə n d ə r z a d ə. O böyükdür.

N u r b ə n i z. Nə olsun o böyükdü? Ağıl yaşda deyil, başdadı! (Qışqırır.) Mən getmək

istəyirəm Fransaya!..

G ü l b ə n i z. Oy papa!.. Fransa!.. Qoy öpüm səni. (Yerindən atılıb Isgəndərzadənin üzündən

öpür.)

Gülər xanım (sevincdən hələ də özünə gələ bilməyib, sözləri güclə tapa-tapa). Ah, əzizim!..

Mən... mən bilirdim ki... haçansa... sən dissident olacaqsan!

I s g ə n d ə r z a d ə (özündən razı halda). Mənim prinsiplərim hələ ki, qalır... Lakin baxıb

görürəm indi elə bir vaxtdı ki, kapitalist ölkəsi olsa da, Fransaya bir əl yeri qoymaq lazımdı!..

Gülbəniz. Fransa!.. Milyonçu!..

Nurbəniz(qışqırır). Niyə o?! Niyə?! Mən getmək istəyirəm Fransaya!..

I s g ə n d ə r z a d ə. Bəlkə iş elə gətirdi ki, hamımız getdik...

G ü l ə r x a n ı m (qızlara). Başqa yerdə deməyəsiz ha!..

Nurbəniz(qışqırır). Mən deyəcəyəm!..

Gülbəniz. Nu i dura!..

I s g ə n d ə r z a d ə. Əbdüləli deyir ki, bizim bu rüşvətxor antipod qonşumuz...

Gülər xanım. Əsədullanı deyirsən?

I s g ə n d ə r z a d ə. Hə, o da Əhməd bəyə girişmək istəyir! Istəyir o vulqarnı qızını sırısın

ona! Onun bir pamoşniki var, Eynşteyndi, Volterdi – nədi adı, qabaqlar SEKA-da instruktor

işləyirdi, o Əbdüləlinin yanında ağzından qaçırdıb. Bax də, Əsədulla kimi antipod, prinsipsiz bir

adam! Yox, gərək sərhesab olaq! O antipoda imkan verməyək!

Gülər xanım. Əhməd bəy bizim kimi intelegent ailəni qoyub, gedib o... o... o hambal Dadaşın

oğlu ilə qohum olacaq?

I s g ə n d ə r z a d ə. Hər halda, çox ehtiyatlı olmaq lazımdı! Əhməd bəyi rəsmi surətdə bizim

evə dəvət etmək lazımdı! Mən Xarici Işlər Nazirliyində də bəlkə bir razvedka apardım.

138

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!