16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

S ə k i n ə x a n ı m. Bu işlə, ancaq Aslan bəy özü məşğul ola bilər.

H a c ı K a z ı m a ğ a (yavaşdan). Bu qurumsaq balasının Fitilbörkdən qayıtması heç yerinə

düşmədi a, heç!.. (Bərkdən) Mən Aslan bəy gələnə qədər işləri sahmana salaram, bacım. Kəbleyinin

kontoru başsız qalıb.

M ə l e y k ə x a n ı m. Atam sağ ola-ola bu nə sözlərdir, Hacı?

H a c ı K a z ı m a ğ a. Ehtiyat igidin yaraşığıdır, bacım!

Addım səsləri.

S ə k i n ə xa n ı m. Gələnlər kimdir, Məleykə?

M ə l e y k ə x a n ı m. Qubernatorun arvadı ilə qoçu gəlir, ana.

Addım səsləri yaxınlaşaraq kəsilir.

N i n a M i x a y l o v n a. Dobrıy veçer, qospoda! Bu nədir? Deyir Muxtar xəstədir? Ay-ayay!..

Ya eqo oçen lyublyu!..

H a c ı K a z ı m a ğ a (yavaşdan). Yenə lublu...

N i n a M i x a y l o v n a. Qadji, sizin adyutant bunu mənə deyən kimi, avtomobilə minib

gəldim!..

H a c ı K a z ı m a ğ a (yavaşdan). O boyda üzüyü barmağuva taxanda lap balonla da uçub

gələrsən...

Q o ç u H ə s ə n q u l u. Canuva can, qədeş!

N i n a M i x a y l o v n a. Ay-ay-ay!.. Nə olub Muxtara?

H a c ı K a z ı m a ğ a. Halı yaman fənadır, vaşe prevasxodstva, heç kimi özünə yavuq

buraxmır. Doxtur səhərdən qalıb məəttəl. Kəbleyinin kravatına yavuq düşmək mümkün deyil,

qışqırır.

N i n a M i x a y l o v n a. Bilirəm, bilirəm. Sizin adyutant mənə dedi. Eybi yox, bu saat

düzələr işlər. Ardımca, qospoda! Hardadır Muxtar?

S ə k i n ə x a n ı m. Bu otağa buyurun, xanım.

N i n a M i x a y l o v n a. Za mnoy, qospoda!

Addım səsləri.

Bu nədir, Muxtar? Bu istidə yorğan nədir? Net-net, tak nelzya! Mən özüm bunu bu saat

götürəcəyəm. Mən özüm. Doktor, gəlin. Muxtar, bir mənə bax, mənə bax!

K ə r b ə l a y i M u x t a r (bərkdən tüpürür). Tfu!..

N i n a M i x a y l o v n a. Oy!

M ə l e y k ə x a n ı m. Ata!

N i n a M i x a y l o v n a (bərkdən qışqıra-qışqıra). Kakaya nevospitannost! Kakoy pozor!

H a c ı K a z ı m a ğ a. Gəlin, gəlin bu biri otağa.

Addım səsləri.

N i n a M i x a y l o v n a. Neslıxannaya dikost! Qadji, siz gördünüz.

H a c ı K a z ı m a ğ a (yavaşdan). O, elə əvvəldən belə idi, vaşe prevasxodstva. Baqqal Muxtar

deyərdilər... Özü də it xəsisi idi!

N i n a M i x a y l o v n a. Düzdür! Çox xəsis adamdır. Takoy skupoy, prosto ujas!

H a c ı K a z ı m a ğ a. Elədir ki, var, vaşe prevasxodstvo...

12

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!