16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə l ə k b ə r. Xanım xalanın evində, divardan şəkil asılıb e, o Qocanın şəkli deyil...

S o n a. Hə, Qocanın şəkli deyil, dayısının, Abuzər nakamın şəklidir.

Ə l ə k b ə r. Bəs, Abuzərə nə oldu?

S o n a. Yazıq vərəmlədi öldü... Allah rəhmət eləsin... Torpağı sanı yaşasın, Qoca çox oxşayır

ona... Ələkbər.

Ə l ə k b ə r. Hə.

S o n a. Ələkbər, mən istəyirəm ki, sən də Qoca kimi oxuyan olasan... Bizim mələdə oxuyan

bir Qocadı... Istəyirəm, Ələkbər, sən də elənçinə olasan, Ələkbər...

Səhnə qaranlıqlaşır və işıq yalnız Balakərimin üzərinə düşür.

B a l a k ə r i m. Bu, Romeo-Culyet əhvalatıdır. Onları da ataları, anaları qoymadı ki, birbirinə

qismət olsunlar, ikisi də öldü. Sonra ataları da, anaları da peşman oldu əməllərindən... Nöşün

ki, çox böyük səhv etmişdilər, amma, Ələkbər, sonrakı peşmançılıq fayda verməz...

İ ş ı q s ö n ü r.

DÖRDÜNCÜ ŞƏKİL

Ə l ə k b ə r, B a l a k ə r i m, S o n a, Ə d i l ə, M ü ə l l i f,

Q o c a, X a n ı m a r v a d.

Məhəllə. Küçə. Axşam.

Ə l ə k b ə r. Balakərim, ağ dəvədən danış.

B a l a k ə r i m. Harda qaldıq?

Ə l ə k b ə r. Yolçu yola çıxmışdı...

B a l a k ə r i m. Deyirlər, qarğa üç yüz il yaşayır və qara qarğanın gözlərindəki kədər də

həmin o üç yüz ilin kədəri idi. Yolçu əgər ağ dəvənin belindən düşüb öz gözlərinə baxa bilsəydi,

həmin qara gözlərdə də o qara qarğanın gözlərinin dibinə çökmüş o kədəri görərdi. Amma belə bir iş

yolçunun ağlına gəlmirdi. Son vaxtlar yolçu uzaq yola tək çıxmağı xoşlayırdı. Yolçuya elə gəlirdi ki,

indiyə qədər ömrünü – uzun ömrünü o özü üçün yox, başqaları üçün yaşayıb. Yolçu fikirləşdi ki,

Adəm öz Tanrısını eşitmədi, yoldan azdı və buna görə də Adəmi cənnətdən qovdular, Sərəndibə

gəldi və Adəmin ayağının izi indiyə qədər Sərəndibdə qalır. Sərəndib bir cənnət-məkan yerdi, amma

Adəmi cənnətdən ora qovdular. Adəm ataya cəza veridilər, yəni ki, Sərəndib bizim üçün, biz adi

bəndələr üçün cənnətdir, amma əsl cənnətin yanında ora bir cəza yeridi. Dünyada gözə görünən və

görünməyən hər şey də belənçinədir. Bu vaxt Yolçunun beynindən bir misra keçdi:

Məni həsrət yaratdı...

Işıq yavaş-yavaş sönür və o bir misranın əks-sədası eşidilir.

Məni həsrət yaratdı...

Işıq tamam sönür və birdən qaranlıqda Ələkbərin qışqırığı eşidilir.

Ə l ə k b ə r. Ağ Dəvə keçir mələmizdən!

Ağ Dəvə! Ağ Dəvə!

Işıq yanır.

348

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!