16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S u ğ r a (şəkillə üzbəüz). Yadına gəlir, sən bu şəkili çəkdirəndə, biz hələ evlənməmişdik. Mən

Şuşada, hə də, bizim uşaq evində məktəbi təzəcə bitirib Bakıya gəlmişdim... Tikiş fabrikində

işləyirdim də, onda... Sonra... Sonra nə oldu? (Gülür.) Sən məni bu otağa gəlin gətirdin... Onda, bax,

bu çarpayıda, o qış gecəsində, hə, bütün bədənimlə... bütün içimlə... səni qucaqlamışdım... Mən

bilirdim ki, haçansa sənə rast gələcəyəm... Haçansa sən gəlib çıxacaqsan... Onda mən sənin heç

adını da bilmirdim, səni sifətdən də tanımırdım... Amma bilirdim ki, rastlaşacağıq...

G ü l a ğ a (elə bil şəkildən səhnəyə daxil olur). Hə...

S u ğ r a. Hə, mən səni tanımırdım, amma istiyirsən, sənin də uşaqlığından danışım?

G ü l a ğ a. Birdən sən cadugər-zad olarsan a-a-a?..

S u ğ r a. Hə! Bəs sən bilmirsən?

G ü l a ğ a. Nəyi?

S u ğ r a (gülür). Mən səni çox istəyirəm də... Ona görə də hər şeyi bilirəm...

G ü l a ğ a (onu qucaqlayır). Ay şeytan...

S u ğ r a (onu öpə-öpə). Yalançı bir məktub gəlmişdi mənə...

G ü l a ğ a. Yalançı deyildi o məktub...

S u ğ r a (qorxu ilə). Nə?

G ü l a ğ a. Məni doğrudan da vurmuşdular də...

S u ğ r a (dəhşətlə). Sən də belə deyirsən?

Gülağa. Hə, mən ölmüşdüm...

S u ğ r a (qışqırır). Yox!..

G ü l a ğ a (onu daha da bərk qucaqlayır). Məni sən təzədən diriltdin də...

S u ğ r a. Hə...

G ü l a ğ a (gülümsəyir). Sənin nəfəsin məni çəkib şəkildən çıxartdı... (Saatı götürüb divara

vurmaq istəyir.)

S u ğ r a. Neynirsən?

G ü l a ğ a. Istəyirəm bu saatı divara vurum.

S u ğ r a. O biri evimizdə vurarsan. Onsuz da burdan köçəcəyik...

G ü l a ğ a. Niyə?

S u ğ r a (gülür). A-a-a... Kim inanar ki, sən şəkildən gəlmisən? Hə? Düz demirəm?

Düz demirəm? De də!..

Gülağa cavab vermir.

Gülağa yox olur.

Gülağa!.. Gülağa!.. Gülağa!.. (Evdən çıxıb həyətə qaçır.) Yox!.. Yox!.. Yox!.. Yalandı bu!..

Yalandı!.. Yalandı!..

Arvadlar evdən çıxırlar.

(Qışqırır.) Qurmayın!.. Çadır qurmayın!.. O qara xəbər yalandı!..

Ş ö v k ə t Suğranı qucaqlayır.

Ş ö v k ə t. Gedək bizə. Gedək.

S u ğ r a. Yox, yas saxlamayın!.. O xəbər yalandı!.. Gülağa ölməyib!..

Ş ö v k ə t. Yaxçı! Sakit ol. Gedək bizə...

S u ğ r a. Başa düşürsən, Gülağa ölə bilməz!.. Bu dünyada onun bir günahı vardı? Hə?

S ə f u r ə x a l a (ağlaya-ağlaya). Yox...

372

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!