16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İ ş ı q s ö n ü r.

ON BİRİNCİ ŞƏKİL

Qəbul otağı, Direktorun və Baş rejissorun kabinetləri.

K a t i b ə, D i r e k t o r, B a ş r e j i s s o r, M ü əl l i f, D a y ı.

Katibə öz yerində telefonla danışır. Müəllif onun qarşısındakı kürsüdə oturub intizarla Baş rejissorun qapısına

baxa-baxa qəbul gözləyir. Direktor öz kabinetində oturub, əli ilə başını tutaraq dərin fikrə dalıb. Baş rejissor

cibindən bir dəstə açar çıxarır və iki-üç ayrı-ayrı açarla mizin dolabının təzə kilidlərini açaraq araq, qədəh, bir-iki

gözəl nemət çıxarır, arağı diqqətlə iyləyir, o gözəl nemətləri səliqə ilə mizin üstünə düzür.

K a t i b ə (telefon dəstəyinə). Oy!.. Ne mojet bıt?!

D a y ı (qəbul otağına daxil olur). Salam!..

K a t i b ə. Vay!.. yenə gəldi! (Telefon dəstəyinə) Yox, xortdan deyil, onnan beşbətərdi!..

D a y ı (Baş rejissorun kabinetinə işarə ilə). Icazə olar?

K a t i b ə. Xeyr! Olmaz! (Müəllifi göstərir.) Bu da onu gözləyir!.. Qoyun kişi «Hamlet»i

qurtarsın də!

Baş rejissor qədəhi başına çəkir.

Direktor. Bu Əhməd söhbəti heç xoşuma gəlmir!.. Dalağım sancır!..

Baş rejissor. Araqdı!

D a y ı (Müəllifə). Siz də teatrda işləyirsiz?

Katibə. Bircə elə o qalmışdı!.. (Telefon dəstəyinə) Sənnən deyiləm!

M ü ə l l i f. Xeyr!

D a y ı. Deməli sizin teatra dəxliniz yoxdu...

M ü ə l l i f. Necə yəni mənim teatra dəxlim yoxdu? Bu nə sözdü? Mən müəllifəm!

D a y ı. Nəyin müəllifi?

M ü ə l l i f. Dramanın!

D a y ı. Bizim zəmanənin dramasıdı?

M ü ə l l i f. Bəli! Dəvəçiliyin inkişafına həsr olunub. Siyasi münaqişələr də var.

D a y ı. Adı nədi?

K a t i b ə. «Zəhləmgetmişin taleyi»! (Gülür, telefon dəstəyinə) Yox, sənnən deyiləm...

M ü ə l l i f. «Mələklər röyada süzür...»

D a y ı. Eşitməmişəm...

Müəllif (coşur). Eybi yox! Eşidəcəksiz! Hamı eşidəcək! Hamı! Mən bu ağır günlərdə xalqın

dərdini onunla birlikdə bölüşürəm! Mənim əsərlərim xalqın göz yaşından su içib! Dramım burda

tamaşaya qoyulacaq!

Katibə. Ay-hay!.. (Telefon dəstəyinə.) Yox əşşi!.. Bizim təzə Şekspirdi də, əlində portfel,

oturub burda!.. Nə? Necə yəni Şekspir ölüb? Bilirəm də ölüb... Ancaq bu təzəsidi!..

Müəllif. Mütləq! Mən bu xalqın dərdini-sərini, sevincini-qürurunu şerlə deməliyəm! Səhnədə

göstərməliyəm! Kitablarda yazmalıyam!

K a t i b ə. Gözlə!..

M ü ə l l i f. Bəs siz neyləyirsiz burda?

D a y ı. Rol oynayıram.

M ü ə l l i f. Nə? Kimin rolunu?

D a y ı. Siz kimin rolunu oynayırsız? (Katibəni göstərir) O kimin rolunu oynayır? Özünüz də

sənətkarsız! Bilmirsiz ki, bu dünyada hamı rol oynayır? (Qəflətən Baş rejissorun qapısını açıb içəri

girir.)

K a t i b ə (yerindən sıçrayıb onun ardınca). Dayan «Hamlet»i işləyir.

202

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!