16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

EPİLOQ

D a n ı ş a n. Axşam düşürdü, batan günəşin qıpqırmızı qızartdığı topa-topa buludlar yenə

Şərqdən Qərbə axırdı. Təbiət həmən təbiət idi, dörd dəvəlik kiçik bir karvan, qarşıdakı təpənin

arxasından çıxıb aramla yoluna davam edirdi. Yaxınlıqda əhənglə günbəzi ağardılmış köhnə bir

məqbərə vardı... Mahmudla Məryəmin məqbərəsi. Karvan dayandı. Karvandan üzü rübəndlə

örtülmüş bir qadın, gümbəzin yanında oturmuş, saç-saqqalı tamam ağarmış qocaya yanaşdı.

Q a d ı n. Al bu qızılları.

Q o c a. Istəmirəm...

Q a d ı n. Bəs nə istəyirsən?

Q o c a. Çörək ver.

D a n ı ş a n. Qocanın gözləri qadına tanış gəldi, amma qadın onu tanımadı... Qoca da, bu

qadını tanımadı... Karvan yola düzəldi, qoca həmişəki kimi yenə də, tək qaldı.

O kəcavənin içindəki qadın Ceyran idi. Onun kəcavələri həmişə qara rəngdə olardı, o qoca

mücavir isə Sofi idi... Sofi hər gün Allahdan ölüm istəyirdi, amma Sofi dünyadakı bütün insanlardan

uzun ömür sürdü... Bir gün günün günorta çağı Mücavir dərəsində tufan qopdu, göy guruldadı, hər

tərəfə qar yağdı, zəlzələ oldu. Yer iki yerə bölündü, sonra yenə birləşdi, Sofi yarğanın altında qaldı,

sonra yenə gül-çiçək baş qaldırdı. Bu tərəflərin adamları danışırdı ki, guya hərdən bu qərib

məqbərənin qabağında havadan bir saz peyda olub, öz-özünə çalır və guya haçansa Sazlı Abdulla

adlı bir el aşığı varmış və bu saz da, həmin Sazlı Abdullanın sazıymış...

Hicri 920-ci ilin camadiül-əvvəl ayının dördü, milad ilə min beş yüz on dördüncü ilin, iyun

ayının iyirmi səkkizi idi.

1998.

337

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!