16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

B a ş r e d a k t o r (qışqırır). Yox! Yox! Daha dözmək mümkün deyil! (Yenə də əlləri ilə

başını tutub taqətsiz halda yerində oturur.) Ya mən özüm, həqiqətən, dəliyəm, ya da bunların hamısı

ucdantutma dəli olub!

P a n t e l e y m o n P o l i k a r p o v i ç (incimiş). Nu, poçemu dali?

B a ş r e d a k t o r. Daha qəti mümkün deyil! Qəti! Mən daha qəti dözə bilmirəm! Qəti!

P a n t e l e y m o n P o l i k a r p o v i ç (eyni incikliklə). Nu, Dallak Imamverdi, doroqoy,

zaçem vı tak?..

B a ş r e d a k t o r (qışqırır). Yox!.. Mən Dəllək Imamverdi deyiləm!..

P a n t e l e y m o n P o l i k a r p o v i ç. Nu, poçemu danmak? Eto ne xoroşo, ya vam skaju,

oçen daje ne xoroşo!..

K a t i b ə (tələsik içəri girir, ürkmüş halda). Oy!.. Oy!.. Bu nə səsdi?

B a ş r e d a k t o r (Katibəyə fikir vermədən). Dəhşət! Dəhşət! Bu cür işləmək qəti mümkün

deyil! Bu cürə yaşamaq da mümkün deyil!

K a t i b ə (eyni ürkəkliklə). Nə olub?

Panteleymon Polikarpoviç əli ilə Baş redaktoru göstərib təəccüblə çiyinlərini çəkir, sonra barmağını gicgahına

aparıb o tərəf-bu tərəfə tərpədir, yəni ki, deyəsən, Baş redaktorun başına hava gəlib. Katibə diqqətlə Baş

redaktora baxır, sonra qollarını qaldırıb quş qanadı kimi yelləməyə başlayır.

Oy, mən qorxuram!..

B a ş r e d a k t o r (qışqıra-qışqıra Katibəyə). Bəsdi! Qurtarın!

K a t i b ə (ağlamsınaraq). Qorxuram... Ay mama!..

B a ş r e d a k t o r (eyni əsəbiliklə). Yenə başladız?! Axı, siz dediz ki, başa düşmüsüz! Başa

düşmüsüz ki, qırqovul deyilsiz! Insansız! Insan!

K a t i b ə. Bəli! Mən başa düşmüşəm! Mən bilirəm ki, qırqovul deyiləm!

B a ş r e d a k t o r (qışqırır). Onda bəs niyə qorxursuz?

K a t i b ə. Axı, başqaları bunu bilmir! Başqaları bilmir ki, mən qırqovul deyiləm! Axı, onları

heç kim başa salmayıb!

Pauza.

Oy, mən qorxuram...

P a n t e l e y m o n P o l i k a r p o v i ç (birdən əllərini qaldırıb barmaqlarını tüfəng kimi

Katibəyə tuşlayır və guya, atmağa başlayır). Part! Part! Part!

K a t i b ə (qorxudan çığırır). Vay!..

B a ş r e d a k t o r (qışqırır). Çıxın! Çıxın burdan! Çıxın! Mən sizi görməyim!

Katibə qollarını quş qanadı kimi yelləyə-yelləyə otaqdan qaçır. Panteleymon Polikarpoviç də barmaqları ilə

tüfəng kimi ata-ata Katibənin ardınca otaqdan çıxır.

P a n t e l e y m o n P o l i k a r p o v i ç (qaça-qaça). Part! Part! Part!

İ ş ı q s ö n ü r.

DOQQUZUNCU ŞƏKİL

Redaksiya. M ə s u l k a t i b, Ş ö b ə m ü d i r i, S i y a s i

i c m a l ç ı, Ə d ə b i i ş ç i, P a n t e l e y m o n P o l i k a r p o v i ç,

P r o f e s s o r, Ş ə f q ə t b a c ı s ı, K a t i b ə.

Məsul katib, Şöbə müdiri, Siyasi icmalçı, Ədəbi

işçi, Panteleymon Polikarpoviç – hərə öz masasının arxasında əyləşib kağız-kuğuzla məşğuldu.

241

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!