16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Sona hövlnak evdən çıxıb Ələkbəri qucaqlayır.

S o n a. Vallah, Balakərim bu uşağın başını xarab edəcək...

Işıq yalnız Müəllifin üzərinə düşür.

M ü ə l l i f. Qədim bir filosof dünyanın ən müdrik və ən qəmgin sözlərindən birini deyib:

«Hər şey keçib gedir... Biz həmin axşam Qocayla sirkə getdik. Mən ömrümdə bu boyda binada, bu

qədər adamların arasında olmamışdım. Mən burda olmağımla fəxr edirdim, mən Qocayla fəxr

edirdim. Qoca bizim məhəlləmizdə birinci adam idi ki, institutda oxuyurdu, həkim olacaqdı.

Analarımız bizə öyüd, nəsihət verəndə, Qocanı misal gətirirdilər. Hətta Muxtar da məhəllədə ancaq

Qocaya salam verirdi. Sirkdə tamaşanın başlanmasına az qalmış, mən Ədiləni bir qızla gördüm.

Oturmamışdan əvvəl, Ədilənin gözləri yuxarı sıraları axtardı və bizi gördü. Qocanı görən kimi

gözlərini çəkdi və onlar yerlərində əyləşdilər. Tez Ədiləni Qocaya göstərmək istədim, amma ehtiyac

yox idi, Qoca da Ədiləni görmüşdü. Mən birdən-birə pərt oldum və başa düşdüm ki, Qoca mənə

görə yox, Ədiləyə görə sirkə gə lib. Bayaqkı sevincdən, fərəhdən heç nə qalmadı. Tamaşa başlandı.

Sonra fasilə oldu. Qoca mənə bir üçkünc məktub verdi ki, Ədiləyə aparım. Mən məktubu Ədiləyə

verdim.

Səhnə işıqlanır.

Ə d i l ə (çantasından kiçik bir bağlama çıxarır). Ala, Ələkbər, sənin üçündür bunlar, götür,

Ələkbər. Qoy ağzın şirin olsun. Heç olmasa, sənin ürəyin şad olsun, Ələkbər. (Çantadan bir məktub

çıxarıb ürkə-ürkə ona uzadır.) Bunu da ona ver, Ələkbər. (Məktubu ona verir.)

Işıq yenə yalnız Müəllifin üzərinə düşür.

M ü ə l l i f. Onda 1941-ci ilin yazı idi. Mən hələ payızda məktəbə gedəcəkdim. Amma özüm

hərfləri çoxdan öyrənmişdim. Oxuya bilirdim. Qoca kağızın bir üzünü oxuyub, o biri üzünü çevirdi,

mən də bütün diqqətimi toplayıb gözlərimin qabağında olan hissəni ürəyimdə höccələyə-höccələyə

oxumağa başladım. «Sevimli məktub! Sənə göydə qanad çalan azad quşlardan da artıq bir

xoşbəxtlik arzulayıram, əzizim. Bu arzudan sonra ürəyimin ən dərin guşəsində bəslədiyim, qızılgül

ətirli salamımı sənə təqdim edirəm.

Məktub, səni ad eylərəm,

Poçta əmanət eylərəm.

Gedib Qocaya çatmasan,

Bil ki, qiyamət eylərəm...»

Əlbəttə, mən çox istəyirdim ki, oradakı poçt sözünün əvəzində mənim adım olaydı. Çünki,

Ədilə bu məktubu poçta yox, mənə əmanət eləmişdi. Bundan sonrasını oxumağa macal tapmadım,

Qoca məktubu ehtiyatla qatlayıb döş cibinə qoydu. Sonra tamaşa qurtardı.

Işıq səhnənin sol tərəfini işıqlandırır. Qoca, Ələkbər, bir az kənarda da Ədilə ilə rəfiqəsi dayanıb.

Q o c a. Hə, necə idi? Xoşuna gəldi sirk?

Ə l ə k b ə r. Hə.

Q o c a. Səni tez-tez sirkə gətirəcəyəm. Biz səninlə dostuq, dilimiz bir, sirrimiz birdi də, hə?

Ə l ə k b ə r (ruh yüksəkliyi ilə). Hə.

Işıq səhnənin sağ küncündən sürətlə onlara tərəf gələn

349

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!