16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə d i l ə. Həqiqəti deyimmi? Yaxşı... Mən sizdən utanmıram... Mən tamaşaçılardan da

utanmayacağam... Mən nə üçün sevmədiyim bir adama ərə getmişəm? Çünki mən ondan yaxşısına

ərə gedə bilməzdim. Çünki məni alan yox idi. Çünki mən artıq otuz yaşında qarımış bir qız idim.

Çünki mən artıq sevgiyə inanmırdım. Çünki mənim sevdiyim oğlanlar yalnız mənim xəyalımda

idilər, həyatda belələri yox idi.

K i ş i. Siz ona görə sevmədiyiniz bir adama ərə getmisiniz ki, daha sizin üçün fərqi yox idi.

Siz öz uğursuz həyatınızla barışmışdınız o vaxt. Artıq siz özünüz öz taleyinizə qarşı biganə idiniz.

«Nə olsun?» – ya sevdiyin adama ərə get, ya sevmədiyin adama.

Ə d i l ə. Bəlkə də siz haqlısınız... Bəlkə də...

Yoldaş Təkin səsi. Baba!

İ ş ı q s ö n ü r.

Babanın səsi. Bəli, Yoldaş Tək!

Yoldaş Təkin səsi. Iş vaxtı qurtardı, saat altıdır.

Babanın səsi. Bu saat, Yoldaş Tək.

Işıq yananda hamı, o cümlədən, Ədilə öz yerində oturub. Kişi yoxdur. Baba qapının ağzında dayanıb heç kimi

içəri buraxmır.

B a b a. Olmaz, yoldaşlar, olmaz. Iş vaxtı qurtarıb. Saat altıdır.

Yoldaş Tək yerindən qalxıb Ədiləyə yaxınlaşır.

Y o l d a ş T ə k. Mən sizə təşəkkür elan edirəm, yoldaş Ədilə!

Ə d i l ə (fikrindən ayrılaraq, başını qaldırıb bir neçə an Yoldaş Təkə baxır.) Nə deyirsiniz?

Y o l d a ş T ə k. Mən sizə təşəkkür elan edirəm.

Ə d i l ə. Nə münasibətlə? Dünən professor məndən şikayət etdiyinə görə?

Y o l d a ş T ə k. Yox. (Barmağı ilə Ədilənin qarşısındakı şüşəni göstərir.) Mənim haqlı

tənqidlərimdən nəticə çıxarıb daha bu «3»ün qarşısında «1» yazmırsınız.

Ə d i l ə (şüşədəki «3»ə baxır). A-a-a...

Y o l d a ş T ə k. Bəli, mən öz işçilərimin sağlam hərəkətlərini qiymətləndirirəm.

Ə d i l ə. Şəxsi işimə yazacaqsınızmı?

Y o l d a ş T ə k (təntənəli surətdə). Mütləq! Hətta yeri düşəndə yuxarılarda da deyəcəyəm.

Onlara yaxınlaşan Baba Yoldaş Təkin son sözlərini eşidir.

Baba(öz-özünə). Yalançının atası gorbagor olsun.

BEŞİNCİ ŞƏKİL

Ədiləgilin evi. Axşamçağıdır. Ə d i l ə əynində ev şalvarı və kofta divanda uzanıb jurnallara baxır.

Qarı yenə də səhnənin sağ küncündə köhnə bir kürsünün üstündə oturub corab toxuyur. Həmişəki kimi, heç kimə

və heç nəyə fikir vermir, fikri yalnız toxuduğu corabdadır.

107

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!