16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Kişilər ayağa qalxır. Ibadulla bir-bir Xanım arvadın oğlanlarına baxır, sonra aşağı düşür.

I b a d u l l a. Məni adamsız görmüsüz? Qaz kimi bir-birivüzün dalına düzülüb üstümə

gəlirsüz? Eybi yox, baxarsuz! Tökərəm üstüvüzə Varonejdəki keruxalarımı, onda baxarsuz!

Cəfər aşağı düşmək istəyir, Xanım arvad Cəfərə baxır.

Cəfər dayanır. Ibadulla həyətdən çıxır.

Ə m i n ə x a l a. Oğlumdu, özüməm!.. Özümüz bilərik, nəyivüzə qalıb? Sizə nə dəxli var, nöş

qarışırsuz xalqın işinə? (Evə keçir.)

Xanım arvad oğlanları ilə evə qayıdır. Ələkbər aşağı düşür.

Ə l i a b b a s k i ş i. Bu Ibadulla bədbəxt oğlu, uşaq vaxtı elə yaxçı oğlan idi ki...

Ş ö v k ə t (bir kənarda tum çırtlaya-çırtlaya). Sonaya nə var ki, bəxtəvər başına, soyuq

olanda, istisi yanında, isti olanda, sərini yanında. Gözlərindən görürəm... (Gülür.) Əri səfərdən

qayıdıb. Bu da onunçun hamama gedib... (Evə girir.)

B a l a k ə r i m. Hər bir adam, gərək hərdənbir göylə təkbətək dayansın. Göyə baxsın gərək.

Bax, o ulduzlara baxsın. Onda özü də bilər ki, nə qədər balacadır...

Ələkbər Balakərimin yanında oturur.

Ə l ə k b ə r. Balakərim, Ağ Dəvədən danış, yolçudan danış...

B a l a k ə r i m. Hə, Allah rəhmət eləsin. Yolçu dədələrə rəhmət oxuya-oxuya hara baxdı?

Səhranın qumluğuna... Yenə də iri, qara gözlərini qaldırıb qıpqırmızı qızarmış dan yerinə baxdı və

bu dəfə dan yerin o qırmızısı dünyada tökülən qanlardan xəbər verdi.

Balakərim tütəyini çalır. Şövkət əlində zənbil evdən çıxır. Balakərim onun ardınca baxır. Səhnənin o biri başında

kətil təmir edən Meyranqulu da oğrun-oğrun Şövkətə tərəf baxır. Şövkət zənbildən konfet çıxarıb Balakərimə və

Ələkbərə verir.

Ş ö v k ə t. Alun, yaxçı konfetdi...

(Ələkbərə) Sən də götür də...

Bu hələ konfetin dadını bilmir... (Gülür.)

Balakərim tez konfeti götürür.

Ələkbər utanır və konfeti götürmür.

Meyranqulu çəkici barmağına vurur.

Ə z i z a ğ a ə m i (bərkdən). Meyranqulu, yaman işləyirsən a!.. Özündən muğayat ol!..

M e y r a n q u l u. Əzizağa, mənim indi elə vaxtımdı ki, balı şüşədən yalayıram... Başqa şeyə

gücüm çatmır.

Ş ö v k ə t (Ələkbərə). Eşidirsən nə danışırlar?

Ə l ə k b ə r. Hə...

Ş ö v k ə t (gülür). Hə? A-a-a... Çoxbilmişsən e, sən!.. Allah haqqı, mənim də saatım xarab

olub. Istəyirəm aparıb verim Gülağaya, düzəltsin, amma qorxuram o ciyəri yanmış arvadından!

(Şaqqanaq çəkir.)

344

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!