16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

Ə d i l ə. Siz birdən-birə nə qədər sərt oldunuz... Mən istəmirəm ki, siz bu qədər sərt, amansız

olasınız. Mən istəyirəm ki, biz sizinlə heç nə barədə fikirləşmədən bu küçələri dolaşaq səhərə kimi.

(Kişinin əlindən tutur.) Bir-birimizin əlindən tutaq, hiss edək bir-birimizi.

K i ş i. Bəs səhər? Səhər ki, bu cür çiskinli yaz axşamı olmayacaq. Səhər siz yenə durub işə

gedəcəksiniz, yenə işdən qayıdıb evə gələcəksiniz. Yenə gecə yerinizdə uzananda yuxuya

getməzdən əvvəl içinizdən bir filosof baş qaldıracaq. Yenə səhər durub işə gedəcəksiniz. Beləliklə,

illər ötəcək. Beləliklə, həmin quşcuğaz kiçicik dimdiyi ilə almaz dağı yonub qurtaracaq sizinçün...

Ə d i l ə. Eybi yox. Mən daha bundan qorxmuram. Mən daha bundan qorxmuram, çünki siz

varsınız. Hər gün sizinlə bir yerdə olacağıq. Biz hər gün sizinlə söhbət edəcəyik. Sizinlə yenə də

gəzməyə çıxacağıq. Biz yenə də Cıdır düzünə gedəcəyik... Biz sizinlə Gədəbəyə gedəcyik, Yoldaş

Təkin atdan yıxıldığı Böyük Qarmurad kəndinin altında ocaq çatıb közə kartof basdıracağıq və

Yoldaş Təki də birdəfəlik unudacağıq...

K i ş i. Siz nə üçün riyakarlıq edirsiniz?

Ə d i l ə (sarsılır). Mən?.. Mən heç vaxt riyakarlıq etməmişəm...

K i ş i. Məgər bu riyakarlıq deyilmi? Nə üçün siz ən xoşbəxt anlarınızda Yoldaş Təki unutmaq

istədiyiniz halda hər gün onunla salamlaşırsınız? Hər gün onun dediklərini edirsiniz, hər gün onun

üzünə baxırsınız?

Pauza.

Ə d i l ə. Siz artıq məni ittiham edirsiniz... Siz necə də amansız, sərtmişsiniz... Belə olmayın.

Xahiş edirəm sizdən... Siz mənim ən çox sevdiyim adamsınız. Mən sizdən inciyə bilərəm... Onda

daha hər şey bitər. Axı, biz hələ sizinlə çoxlu-çoxlu görüşəcəyik, qocalıb əldən düşənə qədər...

Quşcuğaz kiçicik dimdiyi ilə almaz dağı yonub qurtarana qədər...

K i ş i. Yox, bu mümkün deyil.

Ə d i l ə. Mümkün deyil? Nə üçün? Nə üçün mümkün deyil? Məgər siz mənimlə görüşmək

istəmirsinizmi? Məgər sizinçün mümkün olmayan şey varmı?

K i ş i. Mən məktub gözləyirəm. Bu məktub gələndən sonra bir daha görüşməyəcəyik.

Ə d i l ə. Axı, siz gələcəkdə yenə məktublar alacaqsınız. Bilirəm... Başqa Ədilələrdən... Mən

bilirəm, sizin yolunuzu gözləyənlər çoxdur... Bu bizim axırıncı görüşümüzdürmü?

K i ş i. Bəlkə də...

Pauza.

Ə d i l ə. Elə bil mənim ürəyimdə nə isə qırılıb düşüb... Mən ömrümdə özümü bu cür hiss

etməmişəm. Mən bilmirəm ki, bu nədir... Mən elə bil ki, təyyarədəyəm... Təyyarə enir-qalxır, enirqalxır...

Bu küçələr nə üçün belə boş, kimsəsizdi? Mən bu kimsəsizlikdən vahimələnirəm... (Kişinin

qolundan tutur.) Gəlin bir-birimizə qısılaraq gəzək... Bir-birimizi hiss edək. Hiss edək ki,

özümüzdən başqa da adam var. Mən nə üçün birdən-birə belə oldum? Nə üçün?

K i ş i. Nə üçün? Siz mənə sual verirsiniz: nə üçün? Lakin bu gün sualları mən verməliyəm.

Ə d i l ə. Yox. Mən istəmirəm.

K i ş i. Siz onsuz da bu sualları özünüzə verəcəksiniz. Siz, bax, bu gün həmin sualları özünüzə

verəcəksiniz. Özü də «Nə olsun?» yox, «Nə üçün?»...

Ə d i l ə (həyəcanla). Indi isə gəzək. Gəzək indi...

Pauza.

Qaranlıqdan Xəlilin səsi gəlir.

Xəlilin səsi. Gəlib çıxdım, mamoçka, darıxmadın ki, canım-ciyərim?

114

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!