16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

İ ş ı q s ö n ü r.

ON SƏKKİZİNCİ ŞƏKİL

M ü ə l l i f, B a l a k ə r i m, Ə l ə k b ə r, I b a d u l l a,

Ə m i n ə x a l a, S u ğ r a, G ü l a ğ a.

Məhəllə. Günorta.

M ü ə l l i f. «Hər şey keçib gedir...» O gecə mən, o yazıq tut ağacı barədə fikirləşirdim.

Çünki, Ibadullanın dediyi o 30 il sözü mənə, bəlkə də, hər şeydən artıq təsir etmişdi. Otuz ildən

sonra mənim 39 yaşım olacaqdı və mən bunu heç cür ağlıma sığışdıra bilmirdim.

Pauza.

1943-cü il yanvarın axırları idi. Ibadulla gəlib məhəllənin ortasında dayandı, boğazının damarları şişə-şişə var

gücü ilə qışqırdı.

Səhnə işıqlaşır.

I b a d u l l a. Ura-a-a!.. Ura-a-a!.. Ura-a-a!.. Faşistləri qovduq Voronejdən!.. Ura-a-a!.. Faşist

oğraşları çıxartdıq Voronejdən!..

Arvadlar evdən çıxırlar.

I b a d u l l a. Gördüz?! Gördüz necə qovduq oğraş faşistləri Voronejdən? Gördüz?

Ə m i n ə x a l a. Sağ ol! Sağ ol, oğlum! (Arvadlara) Mənim balamdı e, mənim balam!

Ibadulla, Allah səni mənim başımın üstündən əskik eləməsin!..

M ü ə l l i f. Əminə xala həmin anda fəxarətlə, qürurla məhəllə arvadlarına baxırdı. Elə bil,

Ibadulla təkbaşına, öz qolunun gücünə gedib Voroneji faşistlərdən azad etmişdi...

Pauza.

Suğranın, saatsaz Gülağanın arvadı Suğranın qəmli bir gözəlliyi var idi. Gülağanın qara xəbəri

gələndən bir müddət sonra, Suğra Gülağanın şəklini albomdan götürdü, fotoqraf Əlinin yanına getdi.

Şəkili Təkqol Fotoqraf Əliyə verdi. «Böyüt bu şəkli» – dedi. «Nə boyda böyüdüm?» – Təkqol

Fotoqraf Əli soruşdu. «Gülağa nə boydaydı, o boyda.» Şəklin arxasında göy mürəkkəblə

yazılmışdı: «Mənim gülüm Suğra, baxanda xatırlama, xatırlayanda bax. Gülağa, Bakı, 13 may 1941-

ci il.» Təkqol Fotoqraf Əli heç nə demədi, fikirləşdi ki, bu yazıq gəlin doğrudan da dəli olub... Ağlı

başında olan adam, adam boyda şəkli neyləyir? Ancaq Təkqol Fotoqraf Əlinin Gülağaya hörməti var

idi. Gülağayla qabaqlar çox oturub-durmuşdu, yeyib-içmişdi və Gülağanın ölüm xəbəri Təkqol

Fotoqraf Əliyə də çox təsir etmişdi. Və Təkqol Fotoqraf Əli Suğranın sifarişini qəbul etdi,

müharibənin o ağır vaxtında xeyli xərc çəkdi və iki gündən sonra böyütdüyü o şəkli özü gətirib

Suğraya verdi, bir köpük də pul almadı.

Işıq Suğragilin evinə düşür.

371

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!