16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

Create successful ePaper yourself

Turn your PDF publications into a flip-book with our unique Google optimized e-Paper software.

G ü l ə r x a n ı m. Allaha min şükür! Min şükür ki, sən də bizim barəmizdə bir az

fikirləşməyə başladın!.. Ancaq...

I s g ə n d ə r z a d ə. Nə ancaq?

G ü l ə r x a n ı m. Ancaq... KQB-yə bir söz demə!

I s g ə n d ə r z a d ə. Nə KQB? (Hirslənir.) Yoxdu daha KQB! Qorbaçov atasını yandırdı

KQB-nin! (Özünə gələrək) Əhməd bəy üçün evdə qəbul düzəltmək lazımdı!

G ü l b ə n i z. Oy! Salatı mən özüm düzəldəcəyəm! Fransa!..

N u r b ə n i z (qışqırır). Mən istəyirəm Fransanı!

Gülbəniz(gözəl bir xəyal aləmində). Milyonçu!..

N u r b ə n i z (zırıldaya-zırıldaya qışqırır). Niyə o? Niyə mən yox?..

G ü l ə r x a n ı m (qızların üstünə qışqırır). Bəsdirin!

I s g ə n d ə r z a d ə (yenidən var-gəl etməyə başlayır və pərişanlıq içində). Görəsən, Lev

Nikolayeviç Tolstoy doğrudanmı rus inqilabının güzgüsüdür, hə? Ah, Lenin!.. Lenin!..

İ ş ı q s ö n ü r.

SƏKKİZİNCİ ŞƏKIL

Pıçı-pıçı, Mehdiqulu bəy, Süpürgəçi kişi.

Yarıqaranlıq səhnədə yenə də bizə tanış binanın və həyətin

konturları görünür.

Işıq adda-budda pıçı-pıçı sahiblərinin üstünə düşür və onların da yalnız siluetləri görünür. Səhnənin

dərinində həyəti süpürən Süpürgəçi kişi tərəfə boylanır.

Qadın (pıçıltı ilə). Deyirlər Əhməd bəyin Isveçrədə də mülkü var!..

Birinci qız(pıçıltı ilə). Tehranda otelləri var!..

K i ş i (pıçıltı ilə). Yunanıstanda yazlığı var!..

Ikinci qız (pıçıltı ilə). Ah, Fransa!..

Oğlan(pıçıltı ilə). Milyonlarının sayı-hesabı yoxdu!..

Birinci qız (pıçıltı ilə). Özünün şəxsi gəmisi var!..

Işıq pıçı-pıçı eləyənlərin arası ilə gələn Mehdiqulu bəyin üstünə düşür.

Mehdiqulu bəy(bərkdən). Baba, bu necə məmləkətdi?! Bunlar niyə bu vəziyyətə düşüblər?!

Yetmiş ildə ki, o kapitalist aləmi ki, deyirdilər, vallah, billah, baba, oralarda bu qədər puldan

danışmırlar ki, bunlar danışır! O kapitalist aləmində iş görürlər, pul qazanırlar, bunlar əllərini ağdan

qaraya vurmurlar, puldan danışırlar! Baba, bu qədər milyon söhbəti olar?! Bu qədər dükan söhbəti

olar?! Pal-paltar söhbəti olar?! Ey vah, nə yaman çaşıb bu camaat!.. Niyə bu günə qalıblar?! Baba,

bu bədbəxtlər elə bilirlər ki, kim xaricdə yaşadı, dünyanın ən bəxtəvər adamıdı! Elə bilirlər ki,

xaricdə krantı açırsan, süd tökülür! Elə bilirlər xaricdə yaşayanda maşını, evi, torpağı göydən huri

mələklər havayı endirir yerə! Vallah, belə ki, bunlar işləyirlər, istəyəndə gedirlər işə, istəyəndə

çıxırlar, istəyəndə iş vaxtı gedib oturub yeyib-içirlər, bir müdiri iş vaxtı öz kabinetində tapmaq

olmur, bir rəisin, bir nazirin katibəsi adama bir dənə düz söz demir, billah, baba, xaricdə bunlar

acından ölər! Bir tikə çörək tapmazlar yeməyə! Baba, bu camaata nə olub belə? Bunlar niyə belə

çaşıblar?

K i ş i (pıçıltı ilə). Bu kimdi belə?..

Oğlan(pıçıltı ilə). Əhməd bəyin dayısıdı!..

Qadın(pıçıltı ilə). Bu da Fransadan gəlib?..

139

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!