16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

Bir anlıq sükut çökür. Yoldaş Kərimzadə ilk təəccübdən sonra özünə gəlib bərkdən əl çalmağa başlayır və

yanlarını kürsüdən qaldırmağa çalışır, nəhayət ki, ayağa qalxır. Bundan sonra bütün zal ayağa qalxır. Sürəkli

alqışlar. Sonra Yoldaş Kərimzadə oturur. Qalan camaat da oturur.

A l p a s l a n Q u l a m z a d ə. Mənim əziz qəhrəmanlarım!..

Cəfər Ağa yerindən qalxır.

Cəfər Ağa (bərkdən qışqıra-qışqıra). Yaşasın dahi Stalinin ən yaxın silahdaşlarından biri –

yoldaş Malenkov!

Yoldaş Kərimzadə yerində qurcalanıb güclə ayağa qalxır. Hamı ayağa qalxır. Sürəkli alqışlar. Hamı oturur.

Pauza.

A l p a s l a n Q u l a m z a d ə. Mənim... (Dərindən nəfəs alır.) Mənim əziz qəhrəmanlarım...

Cəfər Ağa yerindən qalxır.

Cəfər Ağa (bərkdən qışqıra-qışqıra). Yaşasın dahi Stalinin ən yaxın silahdaşlarından biri –

yenilməz bolşevik yoldaş Beriya!

Yoldaş Kərimzadə bu dəfə bir həmlə ilə yerindən atılıb ayağa qalxır, tövşüyə-tövşüyə hərarətlə əl çalır. Hamı

ayağa qalxır. Uzun çəkən sürəkli alqışlar.

Ə l i q u l i y e v (qapının ağzında dayanıb özü də əl çala-çala Yoldaş Kərimzadəyə baxır və bu

dəfə Yoldaş Kərimzadənin qarasına pıçıldayır). Öl, köpək oğlu!.. Sənə bu da azdı!.. Mənə əyri-əyri

baxmağına bax! Taksi Cəfər deyəllər e, ona! Oğuldu e, oğul!..

Alqış kəsilir, amma alnından süzülüb, qıpqırmızı pörtmüş yanaqlarından tər axan Yoldaş Kərimzadə

yerində oturmur, Cəfər Ağaya baxır və yəqin ki, sonrakı şüarları gözləyir. Cəfər Ağa heç nə olmayıbmış kimi

yerində oturur. Yoldaş Kərimzadə və onun ardınca da camaat oturur.

A l p a s l a n Q u l a m z a d ə. Mənim... Mənim əziz...

Cəfər Ağa yerindən qalxır.

Cəfər Ağa (xırıldamağa başlamış səsiylə qışqırır) Yoldaşlar! Yaşasın dahi Stalinin ən yaxın

silahdaşlarından biri – yoldaş Anastas Mikoyan! Onun adına, yoldaşlar, Bakıda ayaqqabı fabriki də

var!

Yoldaş Kərimzadə bu dəfə güclə qalxır. Hamı ayağa qalxır.

Sürəkli alqışlar.

Ə l i q u l i y e v (nifrətlə Yoldaş Kərimzadənin pörtüb tərləmiş sifətinə baxa-baxa, pıçıltıyla).

Yaxşı olur sənə, əclaf oğlu, əclaf!.. Bir az arıqlayar zadnı mostun!.. Hünərin var, qalxma ayağa

görüm, necə qalxmırsan!.. Görürsən analar necə oğullar doğub?! Lap əlinin içindən gəlir sənin,

Taksi Cəfər! Halal olsun!..

Alqışlar kəsilir. Yoldaş Kərimzadə oturmur, Cəfər Ağaya baxır, amma nəzərləri daha bayaqkı ox kimi bata

bilmir. Bu dəfə camaat Yoldaş Kərimzadəni gözləmədən oturur. Zalda canlanma əmələ gəlir. Cəfər Ağa da

oturur. Papanin adına klubda ayaq üstə yalnız Yoldaş Kərimzadə, xitabət kürsüsünün qarşısındakı ordenli yazıçı

Alpaslan Qulamzadə və qapı ağzındakı Əliquliyevdir. Alpaslan Qulamzadə ürkək nəzərlərlə Yoldaş Kərimzadəyə

baxır. Yoldaş Kərimzadə gözlərini yayındırır və təzədən yanlarını basa-basa yerində oturur.

A l p a s l a n Q u l a m z a d ə. Mə... Mənim...

25

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!