16.11.2014 Views

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

Pyeslər - Azərbaycan Milli Kitabxanası

SHOW MORE
SHOW LESS

You also want an ePaper? Increase the reach of your titles

YUMPU automatically turns print PDFs into web optimized ePapers that Google loves.

S i l v a n a. Düzünü de! Mən də içəri girəndə deşikdən baxırsan?

Katibə. Allah haqqı baxmıram!.. (Silvana Baş rejissorun kabinetinə girmək istəyir.) O,

«Hamlet»lə məşğuldu...

Silvana hirslə Direktorun qapısını açıb içəri girir.

Buna bir bax! (Yamsılayır.) «Mən də içəri girəndə deşikdən baxırsan?..» Nənəm yaşındadı, gör

bir ürəyindən nələr keçir?! (Mizin üstündəki dəstəyi götürür.) Alo!

Direktor (özünü itirmiş). Salam... Xanım... Siz...

S i l v a n a. Əhməd nə üçün teatrdan uzaqlaşdırılıb?

Direktor (təəccüblə). Ixtisara düşdü də... Siz də varıydız. Siz də onu təklif etdiz...

S i l v a n a. Xeyr! Mən bu işi belə qoymayacağam! (Tərs-tərs Gənc aktrisaya baxaraq) Ixtisar

eləməli o qədər adam var ki!.. Mən bu işlə məşğul olacağam! Bəs «Hamlet» nə oldu?

Direktor (kənara). Vay dədə!.. Deyəsən indi də Ofelyanı oynamaq istəyir!.. (Bərkdən) Hə, bir

az gecikir... (Baş rejissorun kabinetinə tərəf işarə edərək) Deyir ki, Şekspirlə zarafat eləmək olmaz!

Mən elə özüm də bu saat «Hamlet»lə məşğul olmaq istəyirdim. Siz... siz burda söhbət edin, mən

gəlirəm.

Silvana (amiranə). «Hamlet»i gecikdirmək olmaz!

Direktor. Əlbəttə!

S i l v a n a. Mən Hamleti oynamalıyam!

D i r e k t o r. Kimi?

S i l v a n a. Hamleti! Hamletin özünü!

Gənc aktrisa daha da bərkdən zırıldayır.

Pauza.

Direktor (Gənc aktrisaya tərəf). Hamlet.. daha kişi deyil?

(Gənc aktrisa daha da bərkdən zırıldayır).

S i l v a n a (barmağı ilə hədələyərək). Əhmədin məsələsini də belə qoymayacağam! Artıq

demokratiya zamanıdır! Istedadları küçəyə atmaq olmaz! (Hirslə gedir.)

Gənc aktrisa lap bərkdən ağlayır.

B a ş r e j i s s o r (qədəhi yenidən dolduraraq). Eh, Şekspir!

Direktor (özünü saxlaya bilməyərək qışqırır). Bu necə həyatdı?! Bu, həyat deyil, teatrdı!..

Teatrdı!.. Teatr!..

Xorun üzvləri səhnəyə səpələnir.

Nəqərat.

Teatr!.. Teatr!...

Teatr!.. Teatr!...

- Teatrda Əzrayıl

Işsiz qalıb, odur, bax!

- Onun vəzifəsinə

Göz dikən nə çoxdur, ah!..

- Yarımştat ölülər,

Yarımştat dirilər

195

Hooray! Your file is uploaded and ready to be published.

Saved successfully!

Ooh no, something went wrong!